Bel ağrısı yer kürəsi əhalisinin hər 6 nəfərindən birində rast gəlinən, müasir dövrün həyat fəaliyyətinin bəxş etdiyi geniş yayılmış sağlamlıq problemidir.
İnsanların 80%-i həyatında ən azı bir dəfə bel nahiyəsində məhdudlaşdırıcı ağrı epizodu ilə qarşılaşır. İnsanların təxminən 40%-i yardım üçün ilkin səhiyyə xidmətləri səviyyəsinə, 40%-i manual terapevtlərə, “ara həkimlərinə” və yalnız 20%-i mütəxəssislərə müraciət edir. 6 həftə ərzində epizodların 90%-i müalicədən asılı olmayaraq özbaşına keçir.
Bel nahiyə dedikdə, boyundan aşağı və büzdüm sümüyünə qədər olan hissədə olan onurğa, qabırğalar arası və əzələ, sümük strukturu nəzərdə tutulur.
Bel ağrısı harda olur: boyunun arxasından belə qədər, onurğanın hər iki tərəfində yerləşən əzələlərin və sinirlərin zədələnməsi fonunda yaranır.
Əksər hallarda bu ağrılar onurğanın əzələ-oynaq-bağ aparatının funksiyasının pozulması ilə şərtlənir.
Çox insanlarımız bel ağrılarını ciddiyə almır, bir neçə günə keçib gedəcək deyə düşünür, onu hətta xəstəlik kimi də qəbul etmirlər.
Əslində isə beldə ağrı yırtıqlardan, ağır ürək və nevroloji xəstəliklərdən tutmuş, böyrək, ağciyər, öd kisə və s orqanların xəstəliyindən qaynaqlana bilər.
Bel ağrısının səbəbləri
- Gənclərdə, oturaq işdə çalışanlarda az hərəkətlilik, komputer qarşısında düzgün əyləşməmək
- Yanlış hərəkətlər, oturma forması
- Artıq çəki
- Ağır fiziki iş, onurğaya yük
- Onurğa yırtıqları
- İltihabi xəstəliklər
- Psixoloji problemlər, gərginlik, stress
- Sinir zədələnmələri
- Onurğa xərçəngi
- Onurğa iltihabı
- Pis yataq – çarpayı, döşəyin qeyri-düzgün olması onurğanı yuxu zamanı sıxır, əzələləri gərgin saxlayır, beli əzir
Məhz bel və onurğaya bağlı səbəblər:
- Əzələ və ya ligament gərginliyi.
- Onurğa Disk yırtıqları və sinir sıxılmaları.
- Artrit. Osteoartrit belin aşağı nahiyəsinə təsir göstərə bilər. Bəzi hallarda, bel bölgəsindəki artrit onurğa beyni ətrafındakı boşluğun daralmasına da səbəb ola bilir.
- Skelet pozuntuları – skolioz, kifoz, protruziya.
- Osteoporoz – Sümüklərin kövrəkləşməsi, daha çox qadınlarda
Faset oynaqlarında degenerasiya
Faset oynaqlarında baş verən genişlənmə bəzən onurğa sinirlərinin onurğa kanalından çıxıdı nötələrdə sıxışa bilər. Bu isə beldə şiddətli ağrılara səbəb olur.
Spondiloz
Onurğada və diskdə olan ümumi degenerasiyaya spondiloz deyilir. Onurğa beyni sinirlərinin çıxış nöqtələrində darlığa və sinir sıxışmasına səbəb ola bilir.
Spondilolistezis-fəqərə sürüşməsi
Bəzi xəstəliklərdə onurğanın hər hansı bir bölümündə ardıcıl yerləşən iki fəqərə bir-birinin üzərində önə və ya arxaya doğru sürüşür və buna görə də fəqərələrin düzüldüyü xətti ardıcıllıq pozulur. Fəqərə sürüşməsi ən çox bel nahiyyəsində rast gəlinir daha çox da belin omaya birləşdiyi fəqərədə rast gəlinməkdədir. Bu da xalq arasinda “bel sümüyünün sürüşməsi” kimi taninmaqdadır.
Spondiloliz fəqərə qövslərinin oynaqarası defektidir.
Onurğa qırıqları
Travmalar və ya yaşlanmağa bağlı olaraq ortaya çıxan osteoporoz, şişlər onurğa qırıqlarına səbəb ola bilər.
Kimlər risk altındadır?
- Siqaret çəkənlər
- Köklük
- Yaş – 40 yaşdan yuxarı
- Qadın cinsi
- Ağır fiziki iş
- Oturaq iş
- Stresli iş
- Narahatlıq
- Depressiyada olanlar
- Ağır işdə çalışanlar
- İdmançılar, gimnastlar
- Fasiləsiz maşın sürənlər, taksi, avtobus sürücüləri
- Hamilələr
Hansı halda həkimə getməli?
- Ciddi travma almaq, yıxılmaq
- Bel ağrısı 2 aydır hər gün davam edir
- Dərmanla ağrı keçmir
- Uzun müddət kortizol qəbul edirsiz
- Gecələr tərləmə
- Qollar və ayaqlarda gücsüzlük, sidik qaçırma, bağırsaq problemi
- Öskürək
- Əgər ağrılar hərarət, gərginlik və isti sahələrlə müşayət olunursa iltihabdan şübhələnmək lazımdır.
Bel ağrılarının növləri
- Kəskin bel ağrıları: davam etmə müddəti 6 həftədən az olan bel ağrıları
- Yarımkəskin bel ağrıları: 6 həftədən çox, lakin 3 aydan az davam edən bel ağrıları
- Xronik bel ağrıları: 3 aydan çox müddətə xəstənin normal həyatını məhdudlaşdıran bel ağrıları
- Qayıdan (residiv verən) bel ağrıları: əvvəllər oxşar lokalizasiyalı eyni bel ağrıları olan xəstələrdə simptomsuz dövrlərlə müşayiət olunan kəskin bel ağrıları problemi
Qeyd: 3 aydan artıq davam edən ağrılar xroniki ağrılardır.
Diaqnoz
Həkim anamnez toplayır, xəstəyə əyani baxır, rentgen və ya MRT, əgər iltihaba şübhə varsa, qan analizləri verilir.
Disk, sinir, vətər (tendon) və digər problemlərə şübhə olduqda rentgen və ya digər görüntüləmə müayinələri, kompyuter tomoqrafiya (KT) və ya maqnit rezonans tomoqrafiya (MRT) müayinəsi kimi metodlardan istifadə edilə bilər.
Rentgen – xəstədə artirit və ya sümük sınıqları olduqda göstərə bilir. O, əzələlər, onurğa beyni, sinirlər və disklərdəki problemləri aşkarlamaq üçün ideal müayinə deyil.
MRT və ya KT müayinələr – bunlar disk yırtıqları, toxuma, vətərlər, sinirlər, bağlar, qan damarları, əzələ və sümük problemləri zamanı göstərişdir.
Elektromioqrafiya və ya EMQ – əzələlərdə sinirlərin elektrik impulslarına cavablarını ölçür. Bu müayinə disk yırtığı və ya spinal daralma (stenoz) nəticəsində sinir sıxışmasını öyrənə bilir.
Müalicəsi:
Bel ağrılarının müayinə və müalicəsini bir neçə ixtisas üzrə həkim aparır.
Dərmansız müalicə metodlarına – gimnastika, masaj, iş və həyat tərzinin dəyişməsi, idman –üzgüçülük, fizioterapiya
Dərmanla müalicə – kəskin bel ağrılarında ağrıkəsicilər təyin edilir. Çox zaman ağrı nahiyəsinə birbaşa olaraq iynə inyeksiyası aparılır.
Həkim qeyri-sterioid iltihabəleyhinə dərmanlar, bəzi hallarda əzələ relaksantları (boşaldıcılar) təyin edə bilər. Kəskin ağrılar zamanı narkotik ağrıkəsicilər təyin edilə bilər.
Qeyri-steroid iltihab əleyhinə preparatlardan həddən artıq istifadə etmək ziyanlıdır.
Cərrahi əməliyyat:
Bel ağrısı olan bəzi insanlara cərrahi əməliyyat təklif edilə bilər. Cərrahi əməliyyat əsasən yirtılmış disklərlə bağlı olur. Əməliyyatdan sonra ağrılar, eləcə də aşağı ətrafın hərəkiliyində olan zəifliklər aradan qalxır.
Xüsusi müalicə metodu – Proloterapiya
PROLOTERAPİYA – birbaşa ağrı və problem olan nahiyəyə – birləşdirici toxuma, əzələ-oynağa inyeksiyanın olunmasıdır.
Xüsusi preparat sağalma prosesini tezləşdirir, ağrını kəsir, toxumanı bərpa edir, hərəkət funksiyalarını yaxşılaşdırır. Orqanizmə ziyanı yoxdur.
Regenerativ bərpa müalicəsinə aid olan Proloterapiya hətta cərrahi əməliyyatdan da xəstəni xilas edə bilər.
Lakin bu proseduru məhz proloterapiya üzrə ixtisaslaşmış mütəxəssis həkim aparmalıdır.
Xroniki bel ağrılarından əziyyət çəkən xəstələrə tətbiq edilən proloterapiyanın effektivliyi 80%-90% təşkil edir.
Yeni metod – Kök hüceyrə terapiyası
Tibb dünyasının bel və onurğa ağrılarında ən son müasir müalicə yolu kök hüceyrədir.
Dərman, fizioterapiya və s. metodlardan nəticə almayan xəstələrdə tətbiq edilən bu yöntəm bel ağrısının əsas səbəblərindən olan disk degenerasiyasını aradan qaldırır.
Təcrübələr göstərib ki, kök hüceyrədən sonra qarşıdakı dövrdə bir daha ağrılar geri qayıtmır.
Müalicənin effektiv olmasında önəmli faktor xəstənin özündən alınan kök hüceyrənin problemin əsl qaynağında olan ağrıya səbəb olan dəyişikliyi aradan qaldırmasıdır.
Yaşlanma, travmalar, artıq çəki, az hərəkət nəticəsində disklərdə baş verən degenerativ dəyişiklər zamanı diskdəki canlı hüceyrələrin sayı azalır, maye tutumu düşür, elastiklik azalır, bərpa olmur, yırtıqlar yaranır.
Heç bir dərman, maz, fizioterapiya, iynə, əməliyyat diskdəki bu degenerative dəyişikliyi, hüceyrə ölümünü, yəni ağrıların əsl səbəbini çözə bilmir.
Ona görə ağrı problemi yenidən qayıdır.
Bütün bunların əksinə olaraq, kök hüceyrə bel ağrısının mənbəyi olan onurğa disklərində degenaritiv dəyişikliyi müalicə edə bilir.
Kök hüceyrə qalıcı və daim effekt təmin edir. Xəstəni artıq, əlavə müalicələrdən, xərclərdən xilas edir.
Artıq ABŞ-da otoloq kök hüceyrə transferi ilə bel ağrılarında müalicə ilə bağlı 1 illik çalışmalar müsbət nəticə verib.
Türkiyədə 2017-ci ildən artıq bel ağrılarında kök hüceyrə transferi həyata keçirilir.
Azərbaycanda da ötən ildən bel və onurğa problemlərində kök hüceyrə metodu uğurla təyin olunur.
Bel ağrısında kök hüceyrə necə və hara tətbiq edilir:
Proses əməliyyatxanada aparılır, xəstəyə sedasiya verilir. Kiçik bir liposaksiya metodu ilə qarın yağlarından yağ hüceyrələri alınır. Onlar xüsusi laboratoriyada xüsusi filtrdə kök hüceyrəyə ayrılır. Kök hüceyrə rentgen cihazı altında birbaşa diskin içinə nazik iynə köçürülür.
Xəstə həmin gün evə yazılır, 4 gün yataq rejiminə əməl etdikdən sonra işinə, həyatına dönür.
Kök hüceyrələr isə 6-8 həftə ərzində problemli, xəstə disk hüceyrələrini yeniləyir, bərpa edir, yırtıq və disk degenerasiyasını geniş sahədə bərpa edir. Bədənə kənar bir maddə girmədiyi üçün allergic reaksiya baş vermir.