Bel yırtığının yaranmasının əsas səbəbləri – Əməliyyatsız müalicə varmı?
Bel yırtığının yaranmasının əsas səbəbləri – Əməliyyatsız müalicə varmı?
Hər onurğa yırtığı əməliyyat olunmur.
Mütləq göstəriş xüsusi hallarda yaranır. Məsələn, xəstədə qəflətən kəskin sidik ləngiməsi, yaxud aşağı ətraflarda kəskin zəiflik yarandığı hallarda əməliyyata göstəriş mütləqdir. Çünki həmin konflikt vaxtında aradan qaldırılmazsa, o halda bu xəstəliyin sonrakı müalicəsi çox zaman apara, bəzən tam müalicə olunmaya da bilər. Digər hallarda cərrahi əməliyyata göstərişlər isə nisbidir. Yəni xəstə ilə həkim aralarında danışaraq bir qərara gəlirlər. Əgər xəstə uzun müddət, bir, iki ay, daha çox müddət ağrılardan əziyyət çəkirsə, bu ağrılarda azalma tendensiyası yoxdursa, aparılmış dərman müalicəsi, istər fizioterapiya üsullarının ciddi əhəmiyyəti yoxdursa, yaxud xəstənin aşağı ətrafında artan nevroloji pozuntular əmələ gəlirsə, keylik
artırsa, əzələ zəifləyirsə, arıqlama baş verirsə, əməliyyat təklif olunur. Yaxud xəstə bir kurs müalicə alır, yüngül yaxşılaşma olur, qısa müddətdən sonra öncəki hallar təkrar baş verirsə, belə halda biz xəstələrə cərrahi əməliyyat təklif edirik.
Amma son zamanlar onurğa problemləri, disk yırtıqları, ağrılar yeni müalicə metodları olan proloterapiya və kök hüceyrə metodu ilə də müalicə edilir. Hazırda Avropa və Türkiyə bu müalicə yollarına üstünlük verir
Əgər siz onurğa yırtığından əziyyət çəkirsizsə və əməliyyatdan çəkinirsizsə, o zaman Bakıda tək və müasir kök hüceyrə mərkəzinə müraciət edərək, əməliyyatsız müalicə oluna bilərsiz.
Kök hüceyrələr xəstənin yağlarından (daha çox qarın, bel nahiyədən) alınır, laboratoriyada xüsusi fermentləşdirilir, ayrılır və lazimi nahiyəyə tətbiq edilir. Xəstə bu zaman 7 dəqiqəlik sedasiyada (yuxuda) olur.
RegenStem Mərkəzi
Əlaqə telefonu:
050 309 77 87