Boyun ağrıları: səbəbləri – Kök hüceyrə müalicəsi

Apr 14, 2021Boyun ağrıları, Kök hüceyrə

Boyun insan bədəninin vacib orqanı olan baş və beyini saxlayan, daşıyan əsas hissədir və onurğanın vacib hissəsi də burda yerləşir. Boyun ağrılarının müalicəsində effektiv method sayılan Proloterapiya metodundan istifadə edilir.

Onurğanın boyun şöbəsi baş və gövdəni bir- birinə bağlayan daha çox hərəkətli onurğa segmentidir. Onurğanın boyun şöbəsi 7 ədəd fəqərə adlandırılan sümüklərdən, fəqərə arası disk adlandırılan qığırdaqlardan, hər iki fəqərəni birbirinə bağlayan oynaqlar və bağlardan təşkil olunmuşdur.

Boyun ağrılarına tibbdə servikal ağrılar da deyilir. 

Səbəbləri:

Boyun ağrısı bir çox  daxili xəstəliklərdən və boyun toxumasının zahiri travmasından yarana bilir.

Ağrılar daha çox bu səbəblərdən baş verə bilər:

  • Onurğada ümumilikdə degenerativ disk xəstəliyi
  • boyun dartınması, boyun travmaları 
  • disk yırtığı və ya sinir sıxışması
  • Boğazın virus infeksiyası kimi adi infeksion xəstəlik zamanı da limfa düyünlərinin şişməsi 
  • nadir rast gəlinən infeksion xəstəliklərdə, boyun vərəmi, boyun fəqərə sümüyünün infeksiyası (osteomielit və septik diskiit) və meningit (çox vaxt boyun əzələlərinin rigidliyi ilə müşayiət edilir). 
  • Boyun əzələlərinin zədələnməsi hallarında, fibromialgiya, polimialgiya revmatika
  • İş və yuxu zamanı boynun  bir istiqamətdə dayanması, narahat pozalar başın yastıq üzərində narahat pozası səbəbindən də yarana bilir. 
  • Boyun ağrılarının risk faktorlarına əlbəyaxa idman növləri, nəqliyyat qəzaları, at sürmək və.s aiddir.

Ən geniş yayılmış səbəbi boynun gərilməsi və dartınmasıdır. Gərilmə həddindən artıq hərəkət və ya boyunun həddindən artıq ekstension vəziyyətə gətirmə zamanı əzələ, vətər və bağların qıcıqlanması səbəbindən yaranır.

Boyun ağrılarının kök hüceyrə ilə müalicəsi

Onurğadan kənar səbəblər:

Döş qəfəsindən çıxan bəzi əzələ və sinirləri sıxışdıran ağrılara “torasik çıxış sindromları” adı verilir və 3 fərqli səbəbdən ola bilir.

  • Boyun fəqərəsi ilə 1-ci qabırğanın birləşməsi
  • Skalenus Antikus əzələsinin sıxışması
  • Pektoralis minor əzələsinin sıxışması

 Onurğa səbəbli boyun ağrıları: 

  1. Travmadan sonra yaranan boyun ağrıları
  2. Nəqliyyat qəzaları: Nəqliyyat içində avto qəzalarda öndən başqa yerlərə çırpıldığında, boyunda qamçı zərbəzi kimi adlandırılan bir təhlükə.
  3. Hiperfleksion travması: Qəzaya uğrayan insanların başı öncə önə doğru, sonra isə əksinə arxaya doğru sürətlə çırpılaraq sallanır.
  4. Hiperekstension travması: Nəqliyyat vasitəsinə digər nəqliyyat vasitəsinin arxadan çırpılması tam əks vəziyyəti ortaya çıxaracaqdır.
  5. İdman zədələmələri: boynun kəskin, qəflətən hərəkəti, yıxılmalar və.s
  6. Degenerasiyaya bağlı boyun ağrıları: Boyunda ən hərəkətli olan 4-cü və 6-cı fəqərələr arasıdır. Bu səbəbdən də 40 yaşlardan etibarən degenerasiya ən çox bu nahiyələrdə başlayır. Disklərən tərkibindəki maye miqdarı azalaraq getdikcə qurumağa və elastikliyini itirməyə başlayır. Şübhəsiz ki, amartizator rolunu oynayan disklər bu vəzifəni görə bilmir və zamanla fəqərələrin arasındakı məsafə azalaraq bir-birinə yaxınlaşır. 
  7. Peşə ilə əlaqəli boyun ağrıları: sürücülər, başı yuxarı vəziyyətdə çalışmaq məcburiyyətində olanlar, oturaraq işləyən ustalar, ofis işçiləri bu risk qruplarına aiddir.
  8. Protruziya və yırtıqlarla bağlı boyun ağrıları: Boyun yırtıqları adətən 5-ci və 6-cı fəqərəarası disklərdə yaranır. Yırtıqlarda əlamət olaraq öskürmə və gücənmə zamanı ağrının artması (Valsava testi), başın təpəsindən aşağı doğru basmaqla boyunda ağrı əmələ gəlməsi (Kompression test), bu ağrının başı yuxarı vəziyyətdə çənədən tutularaq qaldırıldıqda azalması (distraksion testi) xarakterikdir.

Boyuna yansıyan ağrılar: Səbəbləri boyunda olmadığı halda ağrının boyunda hiss edilən ağrılardır. 

–  Qorxu, stressə bağlı ağrılar

  • Əzələyə bağlı ağrılar
  • Düzgün olmayan duruş
  • Göz xəstəlikləri ilə əlaqəli
  • Revmatizmlə əlaqəli
  • Daxili orqanlarla əlaqəli

Boyun tutulması:

Boyun tutulması, tibbi olaraq “tortikolis”, əzələ spazmı adlandırlır. Onun müalicəsi qısa müddət tələb edir.

  • Parasetamol ya da aspirin kimi qeyri- steroid iltihab əleyhinə (antienflamatuar) dərmanlar.
  • İltihabı azaltmaq üçün ilk 2 gün müddətində boyuna günde dört dəfə 15 dəqiqə boyunca soğuk kompreslər istifadə edilməsi tövsiyyə olunur;
  • Sonra əzələ spazmlarını rahatlatmaq üçün eyni qaydada 15 dəqiqəlik isti (isti su şüşəsi, sıcak su torbaları qoymaq, daha çox ütüylə qızdırılmış isti məhraba (yun və ya pambıq parça) boyun bölgənizə qoyula bilər) proseduralar istfadəsi faydalıdır.
  • Uzanaraq ya da boynunuza və üst sırt əzələlərinizə masaj etdirərək başınızı dinləndirin.
  • Neyropatik ağrı zamanı trisiklik antidepresantlar faydalıdır.

Boyun ağrısına səbəb olan xüsusi xəstəliklər:

  • Fəqərələrarası disk prolapsı –boyun ağrısı və barmaqların uyuşması sürətlə başlayır. Mərkəzi prolapse onurğa beyin sıxılmasına səbəb ola bilər. Hərəkət çətinləşərsə dərhal neyrocərraha yönəldilməlidir
  • Mielopatiya – onurğa beyin sıxılması – Aşağı ətraflarda spazmlar, sidik kisəsi və bağırsaqda qeyri-ixtiyari boşalma, yerişin çətinləşməsi
  • Maliznizasiya – çəki itkisi, iştahsızlıq, qızdırma, ağrı, gərginlik
  • Revmatik xəstəlik, revmatoid artrit – onurğa beynin boyun nahiyəsində daha gec ortaya çıxır.  Boyunun bükülməsindən qaçırılmalıdır. Spondillit boyunu sərtləşdirə bilər. 
  • – Bakterial spondillit – immun zəifləməsi, QİÇS, dərmanların yanlış istifadəsi, əks –təsiri
  • Arterial damarın laylanması – boyunda olan yuxu və ya fəqərə arteriyalarının laylanması. Beyin funksiyalarında keçici və dövr edən nevroloji pozulmalar – görmə zəifləməsi, qulaq cingildəməsi, yan nevroloji defisitlər.

Boyun ağrılarının tipləri:

  • Kəskin boyun ağrısı – daha yüngüldür, proqnozu yaxşıdır
  • Lokalizə olunmuş boyun ağrısı (məs. gərgin boyun) müalicəsində normal aktivliklərin davam etdirilməsi və etibarlı ağrıkəsici dərmanlar ilkin olaraq görülən tədbirlərdir.

-Xroniki lokalizə olunmuş boyun ağrısı-  müalicəsində əzələnin gücünü və tonusunu artıran aktiv müalicəvi idmanlar faydalıdır. 

Diaqnostika

Nevroloq, travmatoloq, ağrı mütəxəssisi tərəfindən xəstə əyani yoxlanılır, anamnez toplanır. Rentgen, MRT və lazım olduqda KT təyin edilir. 

Sinir sıxışmalarını aşkar etmək üçün EMQ (Elektromioqrafiya) müayinəsi, şiş və infeksion patologiyalar üçün sintiqrafiya müayinəsi daha informativdir.

İltihabi xəstəliklərdə qan analizləri verilir. 

Müalicə metodları

Konservativ – dərmanlarla: Yalnız həkim tərəfindən xəstəyə uyğun təyin edilir. 

  • Ağrıkəsicilər, əgər ağrının azalması fiziki aktivliyi qoruyub saxlamaqda faydalı ola bilərsə qısa müddətli təyin oluna bilər. 
  • Paracetamol seçim preparatıdır. Əgər ağrı şiddətlidirsə, etibarlı iltihabəleyhinə qeyri-steroid preparatı təyin oluna bilər. Əgər ağrı tək iltihabəleyhinə qeyri-steroidlə keçmirsə, o zaman codeine və ya tramadol kimi yüngül-orta dərəcəli gücündə olan opioid ağrıkəsicilər müalicəyə əlavə oluna bilər. 

Fizioterapiya

Peşəkar fizioterapevt tərəfindən müasir fizioterapiya prosedurları seçilir.  Məqsəd ağrını kəsmək, gərginləşmiş əzələləri boşaltmaq və məhdudlaşmış boyun hərəkətlərini bərpa etməkdir. 

Fiziki idman müalicəsi- Hərəkət etdirmə müalicəsi uzun müddətli boyun ağrılarında faydalı ola bilər, lakin müalicə ilə bağlı baş ağrısı və yuxarı ətraflara irradiasiya edən ağrı qeyd edilmişdir. Hərəkət etdirmə müalicəsi dedikdə, xəstə tərəfindən icra edilən idman və ya həkim tərəfindən olan müdaxilə nəticəsində onurğa sütunu boyun nahiyyəsinin hərəkətinin yaxşılaşması nəzərdə tutulur. 

Manipulyasiya- sıxışmış seqmentin sərbəstləşdirilməsi məqsədilə bir neçə saniyə davam edən prosedurdan ibarətdir. Yuxu arteriyasının laylanması və fəqərə arteriyasının zədələnməsi kimi ciddi ağırlaşmalar riski ilə əlaqəli olduğuna görə onurğa sütunun boyun nahiyəsində manipulyasiyalar, xüsusilə də çevirmə tətbiq olunmaqla tövsiyə edilmir.

Akupunktura – ənənəvi təbabət metodikası olaraq, xroniki boyun ağrısının qısa müddətli yüngülləşməsini təmin edə bilər.

Boyun karseti  – boyun karsetinin istifadəsinin faydalı olması barədə sübut yoxdur

Cərrahi əməliyyat: yırtıqlarda, şişlərdə, ciddi travmalarda, sinir sıxılmasında digər müalicələr effekt vermədikdə cərrahi əməliyyata göstəriş olur. 

Boyun nahiyəsi son dərəcə həyati təhlükə daşıyan bölgə olduğundan xüsusi mikroskop və müasir avadanlıqların olduğu bir yerdə edilməlidir. Əməliyyatdan sonra reabilitasiya proqramları, fizioterapiya vacib ola bilər.

Xüsusi müalicə metodu – Proloterapiya

PROLOTERAPİYA – birbaşa ağrı və problem olan nahiyəyə – birləşdirici toxuma, əzələ-oynağa xüsusi müalicəvi inyeksiyanın olunmasıdır. 

Xüsusi preparat sağalma prosesini tezləşdirir, ağrını kəsir, toxumanı bərpa edir, hərəkət funksiyalarını yaxşılaşdırır. Orqanizmə heç bir ziyanı yoxdur.

Regenerativ bərpa müalicəsinə aid olan Proloterapiya hətta cərrahi əməliyyatdan da xəstəni xilas edə bilər.

Lakin bu proseduru məhz proloterapiya üzrə ixtisaslaşmış mütəxəssis həkim aparmalıdır.

Xroniki boyun ağrılarından əziyyət çəkən xəstələrə tətbiq edilən proloterapiyanın effektivliyi 80%-90% təşkil edir.

Proloterapiya onurğanın boyun şöbəsinin degerenativ dəyişikliklərini bərpa edə bilir.

Boyun ağrılarının müalicəsində proloterapiya metodu