Çiyin ağrıları və xəstəlikləri: Səbəblər, müalicə – Kök hüceyrə terapiyası

Feb 21, 2021Çiyin ağrıları

Heç bir dərman, inyeksiya, ağrıkəsici, fizioterapiya və əməliyyata ehtiyac olmadan, birbaşa və birdəfəlik müalicə yalnız kök hüceyrə köçürülməsidir.  Əgər çiyin ağrısı çiyin bazu oynağından qaynaqlanırsa, kök hüceyrə oynaqlara tətbiq edilir. Əgər qığırdaqdan, onurğadan qaynaqlanırsa, kök hüceyrə bura yeridilir. 

Çiyinlərimizin hərəkətliliyini təmin edən bazu oynaqlar bədənimizdə ən qarışıq oynaqdır. O, 6 istiqamətdə hərəkət edir. Çiynimizdə lif, sümük, sinirlər, damarlar, bağlar, toxuma, əzələ var. 

Çiyinlərdə xəstəlik və ağrılar birbaşa bu oynaq və orqanlarla bağlı və ya yanaşı orqanlardan qaynaqlana bilər: onurğa, boyun, ürək, ağciyər, baş.

Çiyin ağrısının səbəbləri

  • Lif cırıqları
  • Travma, zədələr
  • Bursit və tendinit (içi maye dolu kisəciklər)
  • Qırıqlar, çıxıqlar
  • Sinir sıxışması
  • Kirəcləşmə
  • Revmatizma
  • Donuq çiyin 
  • Çiyin oynaq artrozları, artritlər
  • Ağciyər şişləri, iltihabları,
  • Qaraciyər və öd kisəsi xəstəlikləri,
  • Boyun yırtıqları.
  • Miofassiyal ağrı sindromu- çiyin ətrafı əzələlərə bağlı ağrılar;
  • Çiyin ətrafı əzələ sinir zədələnmələri.
Çiyin ağrılarının səbəbləri


Donuq çiyin nədir?

Donuq çiyin, çiyin oynağınızın müxtəlif səbəblərdən kifayət qədər hərəkət etdirə biməmək və çiyində görülən ağrı və hərəkət məhdudluğu ilə xarakterizə olunan bir vəziyyətdir. Adamın qolunu yana açması, kürəyinə aparması, saçını daraması, yüksəkdən bir şey alması çətinləşir. 

İdman edərkən baş verən əzələ zədələnməsi, cırıqları, qırıq, çıxıq kimi vəziyyətlər çiyin hərəkətlərində bir müddət məhdudiyyət yarada bilər, hərəkətsizlikdən sonrakı dövrdə donuq çiyin problemi ortaya çıxar. Qoldakı bir neçə həftəlik hərəkət məhdudluğu donuq çiyin probleminə yol aça bilər.

Ürək damar, xroniki ağciyər, şəkər,vərəm xəstəlikləri ağciyər şişləri, xolesterol yüksəkliyi, zob şişləri olan insanlarda donuq çiyin daha sıx görülər. Başlanğıcda ağrı səbəbiylə adam qolunu hərəkət etdirməkdən kaçınır. Sonrasında əzələ və bağlarda əmələgələn yığılmalar səbəbiylə oynaq hərəkətləri getdikcə məhdudlaşacaq.

Donuq çiyin diaqnozu qoyulurkən müayinə və ağrı testi aparılır. Bundan rentgen və ya MR ya da Komputer Tomoqrafiyası lazım olur. 


Fibromialgiya

Fibromialgiya; orqanizmin ümumi əzələ ağrıları, həssas ağrılı nöqtələr, yuxu problemləri və yorğunluqla xarakterizə edən bir xəstəlikdir.


Bursit

“Bursa” adı verilən bu kisəciklər oynaq xarici təsirlərə qarşı qoruyucu yastıqcık vəzifəsini yerinə yetirirlər və bazu oynağı ilə kürək sümüyünün akromion çıxıntısı arasında olan, içi maye ilə dolu kisənin iltihabıdır. Tez-tez çiyin qurşağında tendinit (vətərin iltihabı), rotator manşet cırılmalarında bursa şişər və iltihaba səbəb olar. Xronikiləşmiş hallarda bu kisə qalınlaşmış, sərtləşmiş və davamlı olaraq  ağrı səbəbi olmağa başlamışsa cərrahi müalicə qaçılmazdır.


Döndürücü manjet zədələnmələri 

Bazu oynağı hərəkətləri sırasında ən önəmli vəzifə döndürücü manjet dediyimiz bir struktura düşər. Çiyin ağrıları icərisində 60% hallarda ən çox rastlanan səbəb budur. 


Döndürücü manjet tendiniti (iltihablaşması)

Kalsifik Tendinitis, bazu oynağını hərəkət etdirən vətərlərdəki gərginlik, kiçik yırtılma və qanamalar nəticəsində vətər toxumasında kalsium çöküntülərinin olması ilə xarakterizə olunan bir xəstəlikdir. Kalsifikasiyalamış tendinitin bir digər xüsusiyyəti də çox şiddətli çiyin ağrısına səbəb olmasıdır.

Subakromiyal sıxilma sindromu. Qolunuzu qaldırdığınız vaxtı  çiyin çıxıntısının (çiyinin ən yüksək nöqtəsi)  altdakı yumuşaq toxumalara təzyiq etməsi nəticəsində sıxılma meydana gəlir. Qol havada olarkən çiyin çıxıntısı bursanı və vətərləri sıxışdırır. Bu hal yuxarıda bəhs olunan bursit və tendinitə  də yol aça bilər. Subakromiyal sıxılma ağrılı və hərəkətləri məhdudlaşdıran bir narahatlıqdır.

Döndürücü manjet yırtığı; Yaşla əlaqədar olaraq  vətər strukturundakı patologiyalar, zədələnmələr, əzilmələr və ya uzun müddət işləməsindən asılı olaraq  sıradan çıxmasına və qopmasına səbəb ola bilər. Vətərlərdə qismən bir yırtıq ola və ya  vətər  tamamilə iki yerə ayrılacaq formada qopa bilər.


Artrit – artrozlar

Çiyinlərdə ən çox görülən artrit tipi – osteoartrit, artrozdur. Ağrı, şişkinlik və hərəkət məhdudluğu kimi əlamətlər ümumilikdə orta yaşlarda meydana çıxır. Artroz tədricən inkişaf edən və müəyyən vaxt içərisində ağrısı şiddətlənən bir narahatçılıqdır. İdman və ya iş qəzaları, zədələr və yırtılmalar artroza zəmin yarada bilər. Digər artrit növləri isə əzələ yırtılmaları, infeksiya ya da oynaqda iltihablaşma ilə əlaqədar ola bilər. 

Çox nadir hallarda bazu oynağında “septiki artrit” deyilən ciddi bir mənzərə meydana çıxa bilər. Bu hal orqanizmin başqa bir nahiyyəsində bazu oynağına infeksiya yayılması nəticəsində formalaşır. Xəstənin hərarəti yüksək, ümumi vəziyyəti olduqca ciddi olur. Oynaq şişkin, çox ağrılı olur və hərəkət etmək mümkün olmur. Təcili oynaq içinə girilərək irin boşaldılmalı, antibiotik və digər təyinatlarla xəstə nəzarətə götürülməlidir.


Bazu çıxıqları 

Bazu sümüyünün başı kürək sümüyündəki oynaq boşluğundan bayıra doğru yerini dəyişməsi zamanı bazu çıxığı əmələ gəlir. Zədə ya da çiyinin həddən artıq yük altında gərgin olması çıxığın yaranmasına gətirib çıxarır. Bazu çıxığı qismən və tamamilə oynaq çuxurundan çıxması mümkündür. Bazusu çıxan insan qolunu gövdəsinə yaxın tutur, bayıra doğru hərəkət etdirməsi çətinləşir.


Çiyin sınıqları

Xüsusilə yaşlılarda yıxılmaqla əlaqədar olaraq bazu çıxıqlarına tez-tez rast gəlinir. Gənclərdə isə çiyin sınıqları daha çox idman yaralanmaları və yol nəqliyyat qəzaları ilə əlaqədardır. Çiyin qurşağı sınıqları ciddi bir ağrıya, şişkinliyə və göyərməyə səbəb ola bilər. Əgər göstərilən simptomlar özünüzdə hiss edirsinizsə dərhal həkimə müraciət edin.


Çiyin ağrılarının növləri, səbəbləri

Ürəkdən və ya qarın boşluğundan yayılan çiyin ağrıları: çiyin nahiyəsinə boyundan və ya daxili orqanların problemlərindən ağrı verə bilər. Ürək, döş qəfəsindəki ağrılar çiyin qurşağına qonşu orqanlar olduğu üçün təsir edə bilir.

Boyun problemləri: Boyunda olan fəqərələrarası disklərdə yırtıq və ya digər bəzi boyun problemləri sinir köklərinə təzyiq edərək ağrının çiyin qurşağına doğru yayılmasını formalaşdıra bilirlər.

Torasik çıxış sindromu – Qola doğru yayılan sinirlərin formalaşdırdığı sinir dəstələri, körpücük altı arterial və venoz damarları döş qəfəsindən çıxdığı yerdə müxtəlif səbəblərlə sıxılmalara rast gələ bilər. Körpücük sümüyü, 7 boyun fəqərisinin yan çıxıntısı, birinci qabırğa, skalenus anterior adlı bir əzələnin formalaşdırdığı sahədə bəzən bir fibroz bağın yaranması zamanı “Döş qəfəsi çıxışı sindromu” adı verilən bir mənzərə ortaya çıxa bilər.  


Hansı halda həkimə müraciət etməli:

  • Çiyində ağrı travmadan, qırıqdan, zədədən sonra getmir, əksinə artır
  • Çiyində şişkinlik, forma dəyişikliyi
  • Hərəkətsiz və sakit halda, gecə yuxuda ağrı
  • Ağrıkəsicilərin təsirsiz olması
  • Qolu qaldırmaqda çətinlik
  • Çiyində donma
  • Çiyində qızartı, istilik


Çiyin ağrısı ən çox kimlərdə rast gəlinir?

  • Gənclərdə idman, iş, qəfil hərəkət, yıxılma, qəza, travma və s. –dən
  • İdmançılarda
  • Fiziki ağır işdə çalışanlarda
  • Orqanizmdə xroniki iltihab xəstəliyi olanlar
  • 50-yaşdan sonra yaşlanma ilə bağlı degenerativ dəyişikliklər
  • Onurğa problemi olanlar


Müalicə Üsulları

Fizioterapiya – Reabilitasiya

Elektroterapiya

Manual terapiya üsulları

Masaj, gimnastika məşqləri

Çiyinə oynaq daxilinəedilən kortizon iynələri – sadəcə ağrını azaldır

Konservativ müalicə – daxilə dərman, inyeksiya, yerli mazlar, gellər

Cərrahi əməliyyat – Çiyin oynağı qığırdaklarında yüksək dərəcədə daralma və qısalma olan xəstələrdə cərrahi üsullara müraciət edilə bilər.


Əməliyyatsız müalicə üsulları

Proloterapiya ilə müalicə:

Proloterapiya zamanı çiyin oynağı qığırdağının özünün bərpası, eləcə də çiynin özü və digər yanaşı orqanlardan qaynaqlanan problemin aradan qaldırılması üçün proloterapiya effektivdir. 


Proloterapiya nədir?

Proloterapiya (proliferativ müalicə), həmçinin qeyri-cərrahi liqament və vətər rekonstruksiya, regenerativ oynaq inyeksiyası kimi də tanınır, orqanizmin sağalma prosesini stimulyasiya edərək zədələnmiş və ağrılı  oynaqları və birləşdirici toxumanı gücləndirir və bərpa edir. Bu ona əsaslanır ki bağlar və vətərlər gərilir və ya cırılır, bu zaman onlar oynağın qeyri-stabil olmasına və ağrılı olmasına səbəb olur.

Proloterapiyanın nadir bacarığı onun birbaşa qeyri-stabilliyin səbəbinə təsir etməsi, zəifləmiş nahiyəni bərpa edir və yeni kollagen toxuma hazırlayaraq oynağın davamlı olaraq stabilizasiyası ilə nəticələnir. Oynaq stabilləşdikdə ağrı itir. Ənənəvi cərrahi yanaşmaların daha çox riskləri vardır və oynaq stabilizasiyasını poza bilirlər. İltihabəleyhinə və ya ağrıkəsici dərman müvəqqəti ağrını kəsir.

Proloterapiya orqanizmin təbii sağaldıcı mexanizmlərini stimulyasiya edərək zəifləmiş nahiyyədə toxumanı yeniləyir. Bu birbaşa zədə nahiyyəsinə inyeksiya edilməsi ilə aparılır. Yeridilən iynə vasitəsi ilə yaradılan zəif mikrobsuz iltihab  yeni və sağlam bağ və ya vətər liflərinin yaranması nəticəsində zəifləmiş strukturlar möhkəmlənir.  Bir neçə dəfə bu prosesin təkrar edilməsi həmin nahiyədə toxumanın təbii möhkəmliyini bərpa etməsinə səbəb olur.


Kök hüceyrə ilə müalicə

Heç bir dərman, inyeksiya, ağrıkəsici, fizioterapiya və əməliyyata ehtiyac olmadan, birbaşa və birdəfəlik müalicə yalnız kök hüceyrə köçürülməsidir.  Əgər çiyin ağrısı çiyin bazu oynağından qaynaqlanırsa, kök hüceyrə oynaqlara tətbiq edilir. Əgər qığırdaqdan, onurğadan qaynaqlanırsa, kök hüceyrə bura yeridilir. 

Mezenximal kök hüceyrələr bölünür, çoxalır osteositlərə, xondrositlərə və adipositlərə çevrilərək zədələnmiş, yeyilmiş qığırdağı bərpa edir. Bir ay ərzində ağrılar azalır, 8 aya tam nəticə əldə olunur. 


Kök hüceyrə nədir?

İnsan orqanizmi, orqan və toxumaları hüceyrələrdən təşkil olmuşdur. Bəzi hüceyrələr özünü yeniləyə, başqa hüceyrələrə çevrilə bilirlər. Kök hüceyrələr adlanan bu hüceyrələr bölünərək arta bilir. Bir hüceyrədən yüz minlərlə, hətta milyonlarla hüceyrələr əmələ gəlir, kök hüceyrələr özlərini yeniləmək üçün çoxalırlar.

Kök hüceyrələr tam differensasiya olmamış hüceyrələr olub digər toxumalara çevrilə bilir. Yaş artdıqca bədənizmizdə olan qan hüceyrələrin miqdarı azalır. Məsələn, yeni doğan bir körpədə hər 10 min hüceyrədən biri kök hüceyrəsidirsə, 65 yaşında birində 1mln hüceyrədən yalnız biri kök hüceyrədir. Yaş artması ilə azalan kök hüceyrələr nəticəsində zədələnən orqan, toxumalar kifayət qədər bərpa oluna bilmir. Buna görə də kök hüceyrə müalicəsi müxtəlif xəstəliklərin müalicəsində, zədələnmiş toxumanın bərpasında geniş istifadə edilir. Kök hüceyrə müalicəsi plastik cərrahiyyədə də geniş istifadə edilir.

Kök hüceyrələr orqanizmin bütün hüceyrələrinə çevrilə bilən ANA hüceyrələr bədənimizin hər nahiyəsində var. Beləliklə, zədələnən, xəstələnən bütün toxuma və orqanın bərpasında, sağalmasında rol oynayır. 


Kök hüceyrə bədəndən necə alınır?

Kök hüceyrələr sümük iliyindən, qulaq arxasından, yağdan və döldən alına bilir. Bizim aldığımız kök hüceyrə yağdandır. Çünki yağdan alınan biomaterial kök hüceyrə ilə daha zəngindir. Xəstəyə 5-10 dəqiqəlik yuxu verilir (sedasiya).

Qarın nahiyəsindən alınan yağlar Kök Hüceyrə mərkəzinin laboratoriyasında kök hüceyrələrə ayrılır. Bunun üçün ferment qatılır, yuyulur, təmizlənir və saf şəklində hüceyrə ayrıldıqdan sonra xəstəyə tətbiq edilir.


Əsas üstünlükləri:

  • Xəstədən bir dəfə kök hüceyrə alınır və bir dəfə də tətbiq edilir. Prosedur mərkəzdə əməliyyatxana şəraitində həyata keçirilir
  • Xəstəyə ümumi narkoz verilmir
  • Cəmi 3-4 saat vaxt alır
  • Xəstə klinikada qalmır, dərhal evə yazılır
  • Yaxşılaşma 1 ay ərzində başlayıb, 6 aya kimi nəticəsini tam göstərir


Kök hüceyrə köçürülməsindən sonra xəstələrin reabilitasiya dövrü:

  • SVF Kök hüceyrə xəstənin lazım olan nahiyəyə , məsələn, diz artrozundən əziyyət çəkən xəstənin diz oynağına, koksartrozdan əziyyət çəkən xəstənin bud-çanaq oynağına, cavanlaşma məqsədi ilə isə xəstənin üz, boyun, dekolte və ya əllərinə transfer edilir, dağınıq skleroz, uşaq serebral iflic kimi xəstələtrə venadaxili köçürülür.
  • Oynaq problemi olan xəstələrə kök hüceyrə müalicəsindən sonra 48 saat yataq rejimi məsləhət görülür. Çiyin problemlərində kök hüceyrədən sonra xəstələrə ağırlıq qaldırma bir müddət məsləhət görülmür. Kök hüceyrələr başqa hüceyrələrə çevrilə bildiyi kimi oynağa köçürüldükdə qığırdaq hüceyrələrinə çevrilərək oynağı yeniləyirlər. Nəticədə 6 ay sonra xəstənin rentgen müayinəsində ciddi dərəcədə yaxşılaşma müəyyən edilir. Əksər pasientlər kök hüceyrə müalicəsindən 1 ay sonra ağrılarının azaldığını, yerişlərinin yaxşılaşdığını hiss edə bilirlər.
  • SVF kök hüceyrə transfer olunan xəstələrə azı 1 ay spirtli içki içmək, siqaret çəkmək və ağrı kəsicilərdən, xüsusilə QSİƏP-ların istifadəsi məsləhət görülmür. Bu vərdişlərin kök hüceyrələrin çoxalmasına, yenilənməsinə mənfi təsir göstərdiyi qeyd edilir. Paientlərimiz 6 ay ərzində müxtəlif əlaqə vasitələri ilə bizimlə sıx əlaqədə olurlar. Bununla da müalicənin gedişini izləyə bilirik, bu dövrü rahat keçirtmələrinə yardımçı ola bilirik.