Diabetik ayaq yaralarının müalicəsində svf kök hüceyrə terapiyanın əhəmiyyəti

Dec 22, 2020Uncategorized

Abstract

Diabetik ayaq müalicəsində sümük iliyindən, yağdan, periferik qandan və plasentadan alınan kök, progenitor hüceyrələrin istifadəsi hər gün daha da aktuallaşır. Kök hüceyrələr angiogenik faktorları ifraz edərək neovaskularizasiyaya kömək edir. Bununla yanaşı bu hüceyrələr işemiya zamanı, diabetik ayaq ülsərləeində hüceyrə çoxalmasını və hüceyrə keçiriciliyi aktivləşdirərək epitelizasiyanı sürətləndirir. Biz çalışmamızda pasientin göbəkətrafından liposaksiya yöntəmi ilə əldə etdiyimiz 200ml yağdan əldə etdiyimiz svf kök hüceyrələri (CD 34(+) ) diabetik ayaq olan pasientə tətbiq edərək yaranın sağalmasını incələdik.

Çalışmamızda 50-70 yaş aralığında pasientlər iki qrupa ayırdıq kontrol qrupu n6 K qrup, Kök hüceyrə tətbiq etdiyimiz diabet xəstələri D qrupn6  olaraq ayırdıq. 15mln kök hüceyrə D qrupunda  yara yerinə likal olaraq tətbiq edildi. 14 cü günündə Kök hüceyrə CD34(+) yara yerinə tətbiq olunan xəstələrdə yaralarının əhəmiyyətli dərəcədə yaxşılaşdığını gördük.

  1. metod

SVF kök hüceyrələr

Kök hüceyrə- canlılarda uzun müddət bölünəbilən, özünü yeniləyə bilən və bədənin ehtiyacına görə dəyişərək digər bir toxuma hüceyrələrə çevrilə bilən hüceyrələrə deyilir.

Kök hüceyrələr bədəndəki digər hüceyrələrdən fərqlidirlər. Kök hüceyrələr aşağıdakı xüsusiyyətlərə malikdirlər.

  1. Kök hüceyrələr. uzun zaman dilimləri boyunca bölünəbilmə, özlərini yeniləyə bilmə xüsusiyyıtinə malikdirlər
  2. 2) Kök hüceyrələr differensasiya olunmayıblar
  3. Kök hüceyrədən alınan bir körpə hüceyrə , differensasiya olunmuş bir hüceyrəyə başlanğıc ola bilər
  4. Kök hüceyrələr, zədə nahiyəyə köçürüldükdən sonra mənbə toxumanı çoxalta bilməlidir
  5. Kök hüceyrələr in vivo vəziyyətdə toxuma zədələnməsinin olmadığı hallarda da differensasiya olmamış hüceyrələrə də fayda verə bilməlidir

Hüceyrələrin bölünməsini, ömrünü bildirən faktorlardan biri xromosomların ucunda yerləşən və telomer adlanan DNT zincirləridir. Telomerlər doğrusal xromosomların uclarıdır vı qısa DNT təkrar seriaları ( insanda TTAGGG) saxlayırlar. Telomerlər xromosomun uclarının parçalanmasını və dağılmasını və ya digər xromosomlarla əlaqəsini əngəlləyərək  xromosomların struktur bütövlüyünü təmin edərlər. Telomerik meyoz bölünmədə və xromosomların nüvə içində orqanizə olmasında da rol oynayırlar. Telomerik DNT hər bir çoxalma prosesində və oksidativ DNT zədələnməsi kimi səbəblərdən itir.Hər bir replikasiya sonrası xromosom qısalır. Bu itkini qarşılamaq üçün telomerlər özündə human telomeraz revers transktiptaz və telomeraz RNT daşıyan bir ribonukleoprotein olan telomeraz fermenti tərəfindən uzadılır. Kök hüceyrəlrəin dayanmadan sonsuz bölünə bilmə qabiliyyətləri telomeraz fermenti aktivliyi nəticəsindədir. Bu ferment telomerlərin qısalmasının qarşısını almaqdadır. Bir hüceyrədə telomeraz nə qədər aktivdirsə telomerlər bir o qədər uzundur, hüceyrənin bölünmə qabiliyyəti də bir o qədər çox olur. Kök hüceyrələrin çox aktiv telomeraz ferment aktivliyi və buna bağlı uzun telomer zinciri vardır. Buna görə də kök hüceyrələr sonsuz bölünərək özlərini kopyalarlar. 

İnsan germ, tumor, embrionik və adult kök hüceyrə sıralarında yüksək telomeraz ferment aktivliyi tapılmışdır. Kök hüceyrələr, totipotent, pluripotent və multipotent olmaq üzərə 3 qrupa ayrılır.

  1. Totipotent kök hüceyrə: Mayalanma yolu ilə sperma və yumurta hüceyrənin birləşməsi ilə əmələ gələn ziqot, bədəndəki bütün hüceyrələrə çevrilə bilən qabiliyyətə malik ilk embrinik hüceyrədir. Bu hüceyrəyə hərşeyi edə bilən mənasını verən “totipotent hüceyrə” adı verilib. Embrionun 5 ci gününə qədər olan bütün blastomerlər totipotent sayılır. Bütün hüceyrə tiplərinə çevrilə bilirlər. Plasenta və amniyon kisəsi kimi embrion xarici toxumalara da çevrilmə qabiliyyətinə sahibdirlər. Totipotent hüceyrələr inkişafın sonrakə dövrlərində pluripotent hüceyrələrə çevrilə bilirlər.
  2. Pluripotent kök hüceyrə: Mayalanmadan sonra, pre-implantasiya dövründə 5 ci gündə əmələ gələn blastosist mərhələsində embrionda tapılan hüceyrələrdir. Blastosist- trafoblastik hüceyrələr, blastosol və daxili hüceyrə kütləsi olmaq üzərə 3 strukturdan ibarətdir. Embrionik kök hüceyrələrə mənbə olan daxili hüceyrə kütləsindən əldə edilən pıuripotent kök hüceyrələrdir, lazımı mühitdə təxminən 270 hüceyrə tipinə çevrilə biləcək qabiliyyətə malikdirlər. Ancaq özlərindən yeni biri əmələ gəlməz.
  3. Multipotent kök hüceyrə: Bu hüceyrələr, embrionun inkişafının daha irəli dövrlərinə aid hüceyrələr olub, differensasiya olmuş hüceyrə tiplərinə çevrilə bilirlər və yetişkin kök hüceyrələrinə çevrilirlər. Yetişkin kök hüceyrələri də olduqları toxumanın hüceyrə tipini əmələ gətirirlər. Multipotent hüceyrələr doğumla birlikdə göbək ciyəsi qanında və yetişkin bədəndə xüsusilə sümük iliyində və yağ toxumasında tapılırlar.

Kök hüceyrənin ümümi xüsusiyyətləri

Plastisite : fərqliləşmə

Fərqliləşmə ayrışmamış bir hüceyrənin (məs. kök hüceyrə) bədəndəki xüsusi bir hüceyrəyə çevrilmə prosesinə verilən addır. Sitokinlərin, böyümə və fəqliləşmə faktorlarının , hüceyrəxarici matriks proteinlərinin və hüceyrəarası əlaqənin kombin təsiriylə əmələ gələn qarışıq zincirdir. Hüceyrə fərqliləşməini aktivləşdirən hüceyrədaxili və hüceyrəxarici siqnalların yeni yeni ortaya çıxmağa başlamışdır.Daxili siqnallar hüceyrədəki genlər vasitəsiylə kontrol edilir. Xarici siqnallar isə digər hüceyrələrdən ifraz olunan kimyəvi maddələr, qonşu hüceyrələrlə fiziki təmas və mikromühitdəki bəzi malekullardır. Aparılan təcrübələrdə hemopaetik kök hüceyrələrdə, mezenximal kök hüceyrələrdə və nevral kök hüceyrələrində plastisite xüsusiyyəti göstərilmişdir. 

Köklülük (Stemness)

Kök hüceyrələri digər hüceyrələrdən ayıran hüceyrəvi və molekulyar xüsusiyyətləridir. 

Diabetikayaq 

Diabetik ayaq non-travmatik amputasiyaların ən vacib səbəblərindəndir. Morbiditə baxımından ən önəmli sosyal-ekonomik bir problemdir. Diabetik ayaq ABŞ da ölüm səbəbləri arasında 7-ci yeri tutur. Diabet xəstələrinin 15%ndə diabetik ayaq əmələ gəlir və bunların 14-20% i amputasiyaya məruz qalır.

Diabetin gecişmiş ağırlaşmaları olan periferik neyropatiya, periferik damar xəstəlikləri, infeksiya və ayaq travmaları   yaraların başlıca səbəbləridir. Diabetik ayaq yaraları neyropatik, işemik və ya neyro-işemik olmaqla siniflərə bölünür. Neyropatik yaralar diabetik ayaq yaralarının ən çox görülən növləridir. Toxumanı innervasiya edən sinir liflərinin funksiyasının itirilməsi ilə nəticələnir. Diabetik neyropatiyalarda xüsusiylə distal simmetrik sensomotor polineyropatik ağrı, paresteziya, əzələ atrofiyası və hissiyatın azalması yaranın patogenizində önəmli səbəbdir. Motor neyropatiya ayaq internsek əzələ qruplarında atrofiya və zəiflik və nəticədə barmaqlarında fleksion ( bükülmə) deformasiyaya bağlı, mexaniki təzyiqin atrdığı sahələrin yaranmasına səbəb olur. Avtonom neyropatiyada tərləmənin azalması, ayaqda dərinin quruması nəticəsində çatlar və fissuralar yaranaraq bakteriya girişini, infeksiyanın inkişafını asanlaşdrır. Bu vəziyyətdə asanlıqla qanqrena əmələ gələ bilir. Perfuziya pis olan bölgələrdə travma sonrası işemik yaralar əmələ gəlir. Bundan əlavə oyaq hərəkətinin məhdudluğu, ayaq gigyenasının qorunmaması, və ayaq deformasiyası ayaq yaralarının inkişafı üçün risk yaradır.

Yara sağalması

Yara, bədənin hər hansı bir toxumasına aid strukturun anatomik və funksional davamlılığının pozulmasıdır. Mikrovaskulyar və ekstravazasion ilə xarakterizə edilir. Sağalma , əsas hemostatik proseslərin getdiyi yaralanmaya bədənin hər hansı bir toxuma zədələnməsinə qarşı sağalma cavabı vermə qabilliyətidir. Ölmüşvə ya  hüceyrələrin regenerasiyası və ya bərpasıdır.

zədələnmiş 

Yaranın sağalma tiplərləri

  1. Primer sağalma
  2. İkincili sağalma
  3. Tersiyer sağalma

Yaranın sağalma periodları

1)Hemostaz və imflamasiya dövrü

2. Proliferativ dövr ( fibroblastik dövr)

3. Remodeling dövrü

Metod

D qrupdan göbəkətrafından liposaksiya yöntəmi ilə 200ml yağ alındı. Stempia kit-lərinə 40 ml olmaqla yerləşdirildi. 40ml kollagenaza ilə 37 selsi dərəcədə 40 dəqiqə shaking  inkubasiya edildi. 4 etapda fermentdən yuyularaq sentrifuqada 1500rmp 5 dəq fırladıldı . fotoaktivasiya edildi. Ən altda qalan svf kök hüceyrələr alındıvə  hüceyrə sayımı cihazında sayıldı. Hər birinə 15mln olmaqla d qrupuna yara nahiyəsinə yerli tətbiq edildi. 14 gün sonunda kontrol edildi. D qrupunda yaralarda əhəmiyyətli dərəcədə sağalma görüldü. 6 pasientin 5ində sağalma, 1 də heç bir dəyişiklik qeyd edilməmişdi.

Nəticə.

Diabetik ayaq yaraları kimi çətin sağalan yaraların müalicəsində svf kök hüceyrə, progenitor çox effektivdir. yaxın gələcəkdə bununla bağlı daha böyük işlər görüləcəyi aşkardır.