Diz artrozu nədir?
Diz artrozu (diz kirəcləşməsi) qığırdağın aşınması ilə gedən getdikcə ağırlaşan bir xəstəlikdir. Diz artrozuna səbəb ola biləcək yanaşı xəstəliklər oynağın iltihabi xstəlikləri, revmatizma və ya keçirilmiş travmalar ola bilər. Bununla yanaşı artroz altında heç bir xəstəlik olmadan da öz-özünə də yarana bilir. Ailədə artroz xəstəliyindən əziyyət çəkən fərdlərin olması bu xəstəliyin yaranma riskini artırır. Diz artrozu, duzlaşma və ya qonartroz qadınlarda daha çox rast gəlinir.
Diz artrozunun əlamətləri nələrdir?
Diz artrozundan, duzlaşmadan əziyyət çəkən xəstələr ən çox diz nahiyəsində ağrılardan, oynaq tutulmalarından, oynaqətafı şişkinıikdən və yol yerimə məsafəsinin qısalmasından şikayət edirlər. Bu xəstələr bir az çox yol yeridikdə dizlərində şiddətli ağrıdan dayanmalı olurlar.
Zaman keçdikcə ağrıları daha da şiddətlənməyə başlayır, bir çox xəstələr köməksiz bayıra çıxa bilmədiklərini qeyd edirlər. Ağrılar artdıqca ağrıkəsici dərmanlar da fayda verməməyə başlayır, artıq ağrılar nəinki hərəkət zamanı eləcə də sakitlikdə də narahat etməyə başlayır.
Diz artrozunun diaqnostikası
Diz artrozunun, diz kirəclənməsi, duzlaşmanın diaqnostikasında xəstədən alınan anamnez, şikayətləri, həkim tərəfindən dizi oynağının müayinəsi, və adi rentgen müayinəsi kifayət edir. MRT müayinəsinə diz artrozunda az ehtiyac duyulur.
Diz artrozunun müalicəsi
Diz artrozunun müalicəsində bir çox faktorlar nəzərə alınır: oynağın zədələnmə dərəcəsi, xəstənin şikayətləri, həyat keyfiyyətlərinin enməsi, yeriyə bilmə məsafəsi , yaşı, yanaşı xəstəlikləri və ən önəmlisi xəstənin öz istəyi.
Diz artrozundan əziyyət çəkən əksər xəstələri oxşar hekayə birləşdirir. Öncə dizində yüngül, arabir başlayan ağrılara xəstə fikir vermir, keçər deyə əhəmiyyətsiz sayır. Ağrıları keçmədikdə artdıqda həkimə müraciət edir, həkim ağrıkəsici təyin edir, müəyyən fizioterapiya prosedurları, gel iynələri tətbiq edir və bir müddət xəstənin ağrıları azalır, sağaldığını düşünür. Lakin artrozun dərman və ya bu kimi müalicəsi yoxdur. Bunlar sadəcə xəstənin ağrılarını müvəqqəti kəsərək həyat keyfiyyətini yaxşılaşdırmaq, əməliyyat yaşının gəlməsini gözləmək üçündür. Artroz zaman keçdikcə irəliləyir, ağırlaşır. Ağrıkısicilər, gel iynələri artrozu müalicə etmir, qığırdağı bərpa etmir.
Diz artrozunun əməliyyatı dedikdə diz protezi əməliyyatını qeyd etmək olar. Bu protezlərin ömrü ən yaxşı halda 10-15 ildir.Protez əməliyyatından sonra xəstə ömrü boyu dizlərinitam olaraq bükə bilmir, çöməlib otura bilmir. Əməliyyat öncəsi xəstələrə bu barədə məlumat verilir. Protez əməliyyatı 65 yaşdan öncə edilməsi məsləhət görülmür.
Diz protezi əməliyyatının ağırlaşmaları
Diz protezi ortopedinin ən ciddi əməliyyatlarından hesab edilir. Əməliyyata hazırlaşan zaman xəstənin yanaşı xəstəlikləri nəzərə alınmalı, risklər araşdırılmalıdır. Diz protezi əməliyyatının ağırlaşmalarını belə sıralamaq olar: anestezi (NARKOZA) bağlı ağırlaşmalar, əməliyyatın ağırlaşmaları: sinir-damar zədələnmələri, qan itkisi, protez yerləşdirmə zamanı sümük qırılması, protez ətrafında infeksiya yaranması,trombemboliya ,əməliyyatdan sonra qısa zamanda protezin boşalması.
Bəs qığırdağı bərpa edən, qığırağı yaradan müalicə metodu vardırmı?
Diz artrozunun əməliyyatsız kök hüceyrə müalicəsi. Qığırdağın bərpası.
Diz artrozunun müalicəsində kök hüceyrə terapiyası böyük bir uğur qazanmışdır. Hər 10 xəstədən 8-i bu müalicəsən fayda görərək sağlamlığına qovuşur, əməliyyatdan xilas olur.
Kök hüceyrə nədir?
Adipoz toxumadan alınan SVF (stromal vaskular fraksional) kök hüceyrələr diz oynağına köçürüldükdə hüceyrələr bölünüb çoxalaraq 6 ay ərzində qığırdağa çevrilərək artrozu tamam sağaldır. Kök hüceyrə terapiyasından 1 ay sonra əksər xəstələr ağrılarının azaldığını hiss edə bilirlər. İlk 3 aya kimi bu yaxşılaşma qeyri-stabil olur. 5ci aydan etibarən davamlı sağalma qeyd edilir. Qığırdaq özü özünü bərpa edə bilmir. Regenerasiya qabiliyyəti çox zəifdir. Ona görə insanın öz bədən piyində saxlanmış svf kök hüceyrələri xüsusi laboratoriya şəraitində ayırıb aktivləşdirərək oynağa transfer etdikdə kök hüceyrələr qığırdağa çevrilir və oynağı bərpa etmiş olur. Bu sağalma qalıcıdır. Müvəqqəti ağrıkəsici deyil.
Dizə Kök hüceyrə transferindən sonrakı dövr:
Prosedurdan sonra 2 gün xəstə yataq rejimi alır. 48 saat ərzində köçürülən hüceyrələr oynağa çökmüş olur.2 gün sonra xəstə gündəlik həyatına qayıda bilir. 1 ay ərzində ağır işlərdən uzaq durması məsləhət görülür.
Yalançı kök hüceyrə nədir?
Kök hüceyrə xüsusi protokol üzrə fermentativ yolla kök hüceyrə laboratoriyasında alınmalıdır. Təcrübələr göstərmişdir ki, qeyri- fermentativ yolla əldə edilən kök hüceyrə effektiv deyildir. Bir çox ölkələrdə kök hüceyrə terapiya adı altında doğru olmayan müalicələr aparılaraq insanları aldada bilirlər. Kök hüceyrə yağ hüceyrə deyildir. Yağı durulaşdıraraq oynağa vurmaq kök hüceyrə müalicə sayılmır, qığırdağı bərpa etmir. Və yaxud liposaksiya yolu ilə alınan yağın maye hissəsini filtrdən süzərək sentifuje etməklə də kök hüceyrə alınmır. Əsl kök hüceyrə alınan bir miqdar yağın laboratoriya şəraitində fermentativ yolla işlənilib, 4 etapdan keçərək yuyularaq saf şəkildə alınması və aktiv edilərək oynağa transferi ilə mümkündür. Yalançı kök hüceyrələrə aldanmayın.
Bütün hüquqlar qorunur © 2020
Materiallardan istifadə edərkən www.drsevinjheydarova.com saytına hiperlink vasitəsi ilə istinad mütləqdir!