Meniks – diz içində bud və qamış sümüyünün kəsişdiyi yerdə C şəklində olan qığırdaqlı yastıqlardır. Müəyyən səbəblərdən bu yastıqlar yırtıla bilir.
Dizlərin hərəkəti, yükün daşınması, bir neçə yöndə dönmə hərəkəti edə bilməsi, bud və qamış arasında güc balansının təmini kimi funksiyaları yerinə yetirir.
Meniks nə zaman zədələnir:
Futbol kimi idman növlərində dizin dönməsi, ani hərəkətlərdə meydana gələn qatlanma, tək diz üstünə yıxılma sonrasında mensiklər yırtıla bilər.
Yaşlı xəstələrdə isə dizdə olan degenerasiya və qığırdaq probleminə bağlı olaraq travma almadan da menisk yırtığı yarana bilər. Bununla yanaşı hər yaş qrupunda degenerasiyaya bağlı meniks yırtığı rastlana bilər.
Eləcə də kök, piylənməsi olan insanlarda, ağır yük qaldırma, daşıma və ağır fikizi işlərdə çalışanlarda rast gəlinir.
Xəstəliyin əlamətləri:
- Diz içindən eşidilən səslər yırtığın ilk əlamətləri ola bilər.
- Dizdə şişkinlik əmələ gələnə qədər idmançılar idmana davam edir, amma şişkinlik yarandıqdan sonra şikayətlər başlayır.
- Dizdə gərginlik və şişkinlik
- Oynaqların açılmasında azalma
- Dizdə maye toplanması
- Meniskin yırtıq hissəsi oynaq arasına girdikdə oynaqda kilitlənmə yaranması
- Dizin kilitlənməsi
- Ağrılar
Formaları, növləri
- İdmançılarda dönmə sonrası əmələ gələn şaqüli və ya vedrə qulpu şəklində yırtıqlar
- Gənc atletlərdə tez-tez təkrarlanan tip travmalar sonrası (qaçış) əmələ gələn radial və ya dimdik şəklində yırtıqlar
- Yaşlı xəstələrdə qığırdaq patologiyası ilə əlaqədar yaranan üfüqi ya da iç tərəf yırtıqlar
Diaqnoz
- Həkimin dizləri əyani müayinəsi
- Anamnez toplanması
- Yanaşı xəstəliklər
- Rentgen, MRT müayinə
Diz kilitli halda olduqda artroskopik müayinə təklifi gələ bilər.
Müalicəsi
Menisk yırtığı müalicə növü yırtığın yerindən və ölçüsündən, xəstənin yaşından və aktivlik dərəcəsindən aslı olaraq dəyişir. Yırtıq yerləşməsinə görə qırmızı zonada olan yırtıqlar əksər hallarda konservativ yolla müalicə edilir.
İlk öncə dizə istirahət, soyuq kompreslər, bandaj, bəzi fizioterapevtik prosedurlar təyin edilir.
Meniskin ancaq bayır 1/3-də(oynaq zarına yaxın) hissəsində qan dövranı vardır. Bu nahiyədəki yırtıqlarda menisk öz qan dövranı sayəsində sağala bilər. İç 2/3 hissəsində sağalma görülmür.
- Qeyri-steroid ağrıkəsicilər –dərmanlar və inyeksiya
- Fizioterapiya – Mütəxəssis fizioterapevt tərəfindən ağrını azaldan prosedurlar tətbiq edilir və əzələ gücləndirmək üçün idman hərəkətləri göstərilir.
FİZİOTERAPİYA ÜSULLARI
Meniskopatiyalar zamanı fizioterapevtik müalicələr kompleksinə aşağıdakılar aiddir:
- Ultrasəs müayinə
- Maqnitoterapiya
- Elektrostimulyasiya
- Aeroterapiya
- Elektrofarez
- Qısa dalğa diametriyası
- Yüksək tezlikli lazer terapiyası
- Müalicəvi masaj
- Müalicəvi idman
Cərrahi əməliyyat
Menisk sağalmadıqda və şikayətlər davam etdikdə cərrahiyyə planlanır. Hal hazırda bütün menisk cərrahiyyəsi artroskopiya adlanan əməliyyatla edilir.
Yırtıq və şikayətə səbəb olan menisk yırtıqları əməliyyat edilmədikdə, qığırdaqda yeyilmə və gələcəkdə duzlaşmaya səbəb olur. Gənc və aktiv həyat tərzi sürən xəstələrə menisk yırtıqlarının əməliyyat edilməsi məsləhət görülür.
2 tip menisk cərrahiyyəsi mövcuddur.
1. Menisektomiya
Meniskin xəsarət almış qismi kəsilərək çıxarılır. Kiçik yırtıqlarda meniskin az bir qismi çıxarıldığı üçün funksional itkiyə səbəb olmur.
Meniskin böyük hissəsinin parçalı yırtıqlarında bəzən böyük bir qismi və ya tamamı alına bilir. Bu da gələcəkdə ciddi funksional pozğunluqlara bağlı diz ağrılarına və duzlaşmaya səbəb ola bilər. Bu səbəblə də lazım olmadıqda meniskin alınması məsləhət görülmür.
2. Menisk tikilməsi
Meniskin bayır 2/3(oynaq kapsuluna yaxın) hissəsinin sağalma potensialı var. Bayır 2/3 hissəsi eyni zamanda meniskin funksiyaların 90%-ini yerinə yetirir. Bu səbəbə görə də bu bölgədəki yırtıqlar mümkünsə tikilməlidir. Bu əməliyyatın üstünlüyü odur ki, yırtıq sağaldıqda uzun müddətli diz funksiyası bərpa olmuş olur.
Bu əməliyyatın çatışmayan cəhətləri olaraq 10% hallarda tikilmiş yırtığın sağalmaması, xəstənin 6-8 həftə qoltuqaltı əsa istifadə etməsi və idmana ancaq 3-4 aydan sonra dönə bilməsidir.
Menisk yırtıqlarının müalicəsində yaş həddi:
– 45 yaş altında olan xəstələrdə artroz əlamətləri yoxdursa, aşağı ətrafın mexaniki oxu normaldırsacərrahi əməliyyat göstərişdir.
– 45 yaş üzərində olan xəstələrdə artrozun səviyyəsi, yırtığın tipi və aşağı ətrafın mexaniki oxunun vəziyyətinə görə qərar verilir.
Menisk yırtığının əməliyyatsız kök hüceyrə müalicəsi
Son illərdə bir çox degenerativ xəstəliklər kimi dizlərdə meniks zədələnməsi, yırtıqlarında müasir, ən son kök hüceyrə metodikası tətbiq edilir.
İnsanın öz kök hüceyrəsi diz oynaqlarına tətbiq edilməklə, qığırdağın bərpası baş verir. Xəstə əməliyyatdan qurtulur.
Heç bir dərman, inyeksiya, ağrıkəsici, fizioterapiya və əməliyyata ehtiyac olmadan, birbaşa və birdəfəlik müalicə yalnız kök hüceyrə köçürülməsidir.
MENİKS necə bərpa olunur:
Mezenximal kök hüceyrələr bölünür, çoxalır osteositlərə, xondrositlərə və adipositlərə çevrilərək zədələnmiş, yeyilmiş qığırdağı bərpa edir. Bir ay ərzində ağrılar azalır, yerişi yaxşılaşır.
Kök hüceyrə nədir?
İnsan orqanizmi, orqan və toxumaları hüceyrələrdən təşkil olmuşdur. Bəzi hüceyrələr özünü yeniləyə, başqa hüceyrələrə çevrilə bilirlər. Kök hüceyrələr adlanan bu hüceyrələr bölünərək arta bilir. Bir hüceyrədən yüz minlərlə, hətta milyonlarla hüceyrələr əmələ gəlir, kök hüceyrələr özlərini yeniləmək üçün çoxalırlar.
Kök hüceyrələr tam differensasiya olmamış hüceyrələr olub digər toxumalara çevrilə bilir. Yaş artdıqca bədənizmizdə olan qan hüceyrələrin miqdarı azalır. Məsələn, yeni doğan bir körpədə hər 10 min hüceyrədən biri kök hüceyrəsidirsə, 65 yaşında birində 1mln hüceyrədən yalnız biri kök hüceyrədir.
Yaş artması ilə azalan kök hüceyrələr nəticəsində zədələnən orqan, toxumalar kifayət qədər bərpa oluna bilmir. Buna görə də kök hüceyrə müalicəsi müxtəlif xəstəliklərin müalicəsində, zədələnmiş toxumanın bərpasında geniş istifadə edilir. Kök hüceyrə müalicəsi plastik cərrahiyyədə də geniş istifadə edilir.
Kök hüceyrələr orqanizmin bütün hüceyrələrinə çevrilə bilən ANA hüceyrələr bədənimizin hər nahiyəsində var. Beləliklə, zədələnən, xəstələnən bütün toxuma və orqanın bərpasında, sağalmasında rol oynayır.
Kök hüceyrə necə alınır?
Kök hüceyrələr sümük iliyindən, qulaq arxasından, yağdan və döldən alına bilir. Bizim aldığımız kök hüceyrə yağdandır. Çünki yağdan alınan kök hüceyrə daha zəngindir. Xəstəyə 5-10 dəqiqəlik yuxu verilir. Daha çox qarın nahiyəsindən alınan yağlar Kök Hüceyrə mərkəzinin laboratoriyasında kök hüceyrələrə ayrılır. Bunun üçün ferment qatılır, yuyulur, təmizlənir və saf şəklində hüceyrə ayrıldıqdan sonra xəstəyə tətbiq edilir.
Əsas üstünlükləri:
- Xəstədən bir dəfə kök hüceyrə alınır və bir dəfə də tətbiq edilir. Prosedur kök hüceyrə mərkəzində əməliyyatxana şəraitində həyata keçirilir
- Xəstəyə ümumi narkoz verilmir
- Cəmi 3-4 saat vaxt alır
- Xəstə klinikada qalmır, dərhal evə yazılır
- Yaxşılaşma 1 ay ərzində başlayıb, 6 aya kimi nəticəsini tam göstərir
- Yaş fərqi yoxdur
Regenerativ tibb və Kök Hüceyrə Mərkəzi
Azərbaycanda onlarla xəstəni meniks yırtığından müalicə ilə xilas edən kök hüceyrə mərkəzinə istənilən oynaq problemləri ilə bağlı müraciət etmək olar.
RegenStem Mərkəzi
Kök hüceyrə mütəxəssisi, uzman Sevinc Heydərova
Əlaqə telefonu:
050 309 77 87