Əməliyyatsız 10-15 yaş cavanlaşma metodları – Ömürlük metod KÖK HÜCEYRƏ

Jan 31, 2021Kök hüceyrə

35 yaşdan sonra hər bir xanım üz dərisi və cizgilərində yaşa bağlı baş verən dəyişikliklərdən maksimum qorunmaq və yaşlanmamaq üçün müasir kosmetoloji metodlara üz tutur. 45 yaşdan sonra 10-15 əvvəlki görünüşlərinə qayıtmaq üçün ən müxtəlif estetik prosedurlara müraciət edir, hətta plastik əməliyyata gedirlər. Lakin bunlar belə heç də həmişə  daimi, uğurlu nəticə vermir. 

Hazırda kosmetologiyada populyar bir neçə  cavanlaşdırıcı metodlar vardır. 

Ən çox müraciət olunan prosedurlar bunlardır:

Botoks nədir?

Botulotoksin  preparatının vasitəsilə üzün səthi və hərəkətli əzələləri blok olunur, bununla da aktiv mimiki qırışlar hamarlanır, emosinal zəmində qadının üz əzələlərini gərginləşdirib, yeni qırışlar yaratmasına imkan verilmir. 

Hazırda alın, üz, boyun, göz ətrafına botoks dəbdədir. 

Botoks üçün ciddi firmaların effektiv, sertifikatlı preparatı olmalıdır. 

İnyeksiya ilə olunan bu metodun qalıcılığı 4-6 aydır. Sonradan yenidən təkrarlamaq lazımdır.

Yeganə mənfi tərəfi odur ki, alını təbii emosiyalara uyğun olaraq yığmaq, qaldırmaq olmur, təbii cizgilər itir, mimika donuq, eyni xarakter alır.

Mezoterapiya nədir?

Bu metod vitamin və pepdid kokteyllərinin inyeksiya ilə dərinin dərin epidermis qatlarına yeridilməsidir.

Dəri tipi və yaşa uyğun seçilən bu metod daha çox gənc, orta yaş xanımlar üçün profilaktik və qulluq xarakteri daşıyır. Dərini dərindən qidalandırır, canlandırır, nəmləndirir. Daha dərin qırış və yaşlı dərilərdə mezoterapiya effektsizdir.

Mezoterapiya kurs şəklində olunur, hər dəfə dəriyə iynə ilə vitaminlər yeridilir. İldə 2-3 dəfə təkrarlanmalıdır.

Biorevilitalizasiya 

Dərinin dərin qatlarına gialuron turşusu və cavanlaşdırıcı müasir preparatların inyeksiya ilə yeridilməsidir. Üz və boyun dərisini dərindən nəmləndirir, yeniləyir.  İldə 2 dəfə 8 prosedur olmaqla aparılır. 

Dərinin strukturunu yaxşılaşdırır, tonusu saxlayır, qırışların dərinləşməsini ləngidir, nəm balansını saxlayır, yorğunluq sindromunu götürür. 30 yaşdan sonra hər bir xanıma  uyğundur.

Plazmolifinq – qanla cavanlaşma

PRP metodda pasiyentin qan trombositlərindən alınmış serum inyeksiya ilə dəri toxumasına yeridilir. Bu zaman dərinin öz daxili regenerativ bərpa prosesi işə salınır.

Bir sıra əks göstərişləri ola bilər və pasiyentin qan göstəriciləri uyğun olmalıdır. Plazmoliftinq baş dibinə də saçlar üçün oluna bilər.

Yaş məhdudiyyəti yoxdur, ildə 2 dəfə kursla olunur. Bir qədər ağrılı və qanlı görüntülü prosedurdur.

Kontur plastikası

Plastik əməliyyata bir qədər yaxın müasir innovativ metoddur. Xüsusi cavanlaşdırıcı fillerlər dəriyə yeridilərək, dolğu və qırışların açılması baş verir.

Gellə dərinin çökmüş hissələri korrektə olunur. 

Üz ovalı modelləşdirilir, dodaqlara həcm verilir, yanaqlar doldurulur, sıx gel dərin qırışları yaxşı doldurur.

Bu metodda istifadə olunan sıx qialuron turşusu zamanla sovrulub itdiyi üçün lazım olduqda yenidən təkrarlanmalıdır.   Effekt ən çox 1 il qalır.

Saplarla plastika

Artıq gel və fillerlər nəticə verməyəndə, üzdə dəyişikliklər dərin olduqda dəri toxuması altına xüsusi sapların yerləşdirilməsi ilə karkas dartılır, üz ovalı bərpa olunur. Saplar sonradan sovrulub itdikdən sonra, kollagen karkas uzun müddət liftinq effektini saxlayır. 

Hazırda qızıl saplarla 3 D kontur plastikası trenddədir.

Aparat kosmetologiyası

Müxtəlif yeni innovativ fraksion lazer, fototermoliz kimi aparat kosmetologiyası ilə dəri səthinin hamarlaşdırılması, cavanlaşdırma, qırışların açılması aparılır. Lazerlə dərinin üst qatı işlənir, hüceyrələr intensiv yenilənir. 

Fraksion lazer ilə 10 yaş cavanlaşmaq mümkündür. 

Fotocavanlaşma

İntensiv impuls işığı ilə xüsusi şüalar dərini ləkələrdən, ölü hüceyrələrdən təmizləyir. Dermanı sıxlaşdırır, tonusu artırır. Təbii kollagen və elastin sintezini artırır. 4-6 seans olunur. İstənilən yaş qrupunda uyğundur.

Yuxarıda qeyd olunan məşhur “gözəllik iynələrinin” bir ümumi mənfi tərəfi var:

Prosedurlar bir qədər ağrılıdır, çünki hər dəfə incə üz dərisinə inyeksiya olunur

Prosedurlar kursla, bir neçə dəfə təkrar olunmalıdır

Qalıcılığı müvəqqətidir

Xəstənin vaxtı, maddi imkanlarını tükədir

Yaş artdıqca ciddi yaşlanma izlərini azalda bilmir.

Cavanlaşmada son yenilik – Əbədi Kök hüceyrə

Bu gün dünyada qocalma, yaşlanma, erkən qırışlara qarşı son yeni metod kök hüceyrə terapiyasıdır.

Artıq dünya ulduzları, eləcə də qonşu Türkiyədə məşhurlar məhz öz kök hüceyrələrinin alınıb üzə köçürülməsi ilə daha təbii, daha uzun müddətli cavanlıq əldə edirlər.

Kök hüceyrə nədir?

İnsan orqanizmi, orqan və toxumaları hüceyrələrdən təşkil olmuşdur. Bəzi hüceyrələr özünü yeniləyə, başqa hüceyrələrə çevrilə bilirlər. Kök hüceyrələr adlanan bu hüceyrələr bölünərək arta bilir. Bir hüceyrədən yüz minlərlə, hətta milyonlarla hüceyrələr əmələ gəlir, kök hüceyrələr özlərini yeniləmək üçün çoxalırlar.

Kök hüceyrələr tam differensasiya olmamış hüceyrələr olub digər toxumalara çevrilə bilir. Yaş artdıqca bədənizmizdə olan qan hüceyrələrin miqdarı azalır. Məsələn, yeni doğan bir körpədə hər 10 min hüceyrədən biri kök hüceyrəsidirsə, 65 yaşında birində 1mln hüceyrədən yalnız biri kök hüceyrədir. Yaş artması ilə azalan kök hüceyrələr nəticəsində zədələnən orqan, toxumalar kifayət qədər bərpa oluna bilmir. Buna görə də kök hüceyrə müalicəsi müxtəlif xəstəliklərin müalicəsində, zədələnmiş toxumanın bərpasında geniş istifadə edilir. Kök hüceyrə müalicəsi plastik cərrahiyyədə də geniş istifadə edilir.

Kök hüceyrələr– orqanizmin bütün hüceyrələrinə çevrilə bilən ANA hüceyrələr bədənimizin hər nahiyəsində var. 

Kök hüceyrə bədəndən necə alınır?

Kök hüceyrələr sümük iliyindən, qulaq arxasından, yağdan və plasentadan alına bilir. 

Xəstə 5-10 dəqiqəlik sedasiya olunur. Qarın nahiyəsindən alınan yağdan Kök Hüceyrə mərkəzinin laboratoriyasında kök hüceyrələrə ayrılır. Bunun üçün ferment qatılır, yuyulur, təmizlənir və saf şəklində hüceyrə ayrıldıqdan sonra xəstəyə tətbiq edilir.

Üzə necə tətbiq edilir?

Kök hüceyrə pasiyentdən bir dəfə alınır, bir dəfə köçürülür. Alınmış təmiz kök hüceyrə inyeksion şəkildə pasiyentin üz, boyun, göz altı nahiyəsinə tətbiq edilir. 

Prosedur cəmi 3-4 saat vaxt aparır. Xəstə klinikada qalmır, həmin gün evə gedir.

Reabilitasiya dövrü: 

  • Pasiyentin üzündə 5-7 gün yüngül şişkinlik ola bilir.
  • 1 ay müddətində siqaret və alkoqol qəbulu yol verilmir
  • 3 gün Günəş vannası qəbul etmək, gün altında olmaq olmaz
  • İlk 1 ayda çox çəki itirmək məsləhət deyil.
  • Kök hüceyrə ilk 1 ayda təsirini göstərir və 6 ay ərzində tam effekti əldə olunur. 

Əldə olunan nəticə:

  • Üz dərisi sallanması aradan qalxır
  • Üz: alın, ağız ətrafı, boyun qırışları açılır
  • Gözaltı kölgəlik, qırışlar, torbalanma
  • Üzdə ləkələr gedir
  • Dəri turqorunun azalması
  • Üzdə yaşlanmaya bağlı çökəklər ləğv olur
  • Üz əzələsinin boşalması, sallanması aradan qalxır
  • Dolğu effekti verir
  • Sima azı 10-15 yaş gənc görünür

Kök hüceyrənin digər metodlardan üstünlükləri:

  • Heç bir əks təsiri olmur
  • Köçürülən kök hüceyrələri dəri tərəfindən tam qəbul olunur, ərimir, itmir.
  • Effekti daimi qalıcıdır. İldə təkrarlamağa ehtiyac yoxdur. Bu proseduru etdirən şəxs hər ay getdikcə daha da gəncləşir.
  • Maddi baxımdan  uyğun və vaxta  qənaətlidir
  • Bir dəfə kök hüceyrə alınmaqla eyni vaxtda üz, boyun, əllər, dekolte hissəyə tətbiq edilib, kompleks cavanlaşmaq mümkündür

Kök hüceyrə daha hansı xəstəliklərdə effektivdir?

Artrozlar/artritlər

-Poliartrit

-Diz ağrıları

-Koksartroz

Bağ zədələnmələri

– Oynaq xəstəlikləri

– Revmatoid artriti

-Menisk zədələnmələri

-Avaskular nekroz

-Zədələnmiş qığırdağın bərpası

-Onurğa xəstəlikləri

– Fəqərəarası disk qabarması/protruziyası/yırtığı

– Onurğa beyin zədələnmələri

-Çiyin ağrıları

-İmpigement sindromu

-Boyun ağrıları

-Bel ağrıları

-Kürək ağrıları

-Bud-çanaq oynağı ağrıları

– 10 yaş cavanlaşma/antiaging/rejuvenation

– Boyun/ Dekolte ve əllərin cavanlaşması

– Yanıq izlərinin müalicəsi

-Çapıqların müalicəsi

– Diabetik ayaq yaraları

-sağalmayan yaraların müalicəsi

– Dağınıq skleroz müalicəsi

-Uşaq serebral iflic müalicəsi

– İnsultlar

– Bəzi xərçəng növləri

– Saç tökülmənin müalicəsi

“Kök hüceyrə ilə yaşlanmaya son”

Bakı RegenStem Mərkəzi
Əlaqə telefonu:
050 309 77 87