Kök Hüceyrə Transplantasiyası: ən son müalicə metodu

Jul 25, 2020Kök hüceyrə

İnsan orqanizması, orqan və toxumaları hüceyrələrdən təşkil olmuşdur. Bəzi hüceyrələr öz özlərini yeniləyə bilirlər, başqa hüceyrələrə çevrilə bilirlər. Kök hüceyrələr adlanan bu hüceyrələr bölünüb çoxala bilirlər. Bir hüceyrədən yüzminlərlə, hətta milyonlarla hüceyrələr əmələ gəlir, kök hüceyrələr özlərini yeniləmək üçün çoxalırlar.

Kök hüceyrələr tam differensasiya olmamış hüceyrələr olub digər toxumalara çevrilə bilir. Yaş artdıqca bədənizmizdə olan qan hüceyrələrin miqdarı azalır. Məsələn, yeni doğan bir körpədə hər 10 min hüceyrədən biri kök hüceyrəsidirsə, 65 yaşında birində 1mln hüceyrədən yalnız biri kök hüceyrədir. Yaş artması ilə azalan kök hüceyrələr nəticəsində zədələnəön orqan, toxumalar kifayət qədər bərpa oluna bilmir. Buna görə də kök hüceyrə müalicəsi  müxtəlif xəstəliklərin müalicəsində, zədələnmiş toxumanın bərpasında geniş  istifadə edilir.

Kök hüceyrə müalicəsi xərçəngin bəzi növlərinin müalicəsində, anadan gəlmə qan xəstəliklərinin, bir çox nevroloji xəstəliklərinin müalicəsi ilə yanaşı oynaq xəstəliklərinin müalicəsində də uğurla tətbiq edilir. Bundan əlavə kök hüceyrə müalicəsi plastik cərrahiyədə də geniş istifadə edilir.

Kök hüceyrələr orqanizmanızın bütün hüceyrələrinə çevrilə bilən ANA hüceyrələr bədənimizin hər nahiyəsində var. Beləliklə zədələnən, xəstələnən bütün toxuma və orqanın bərpasında, sağalmasında rol oynayır. Kök hüceyrələrin müxtəlif növləri vardır. Ana bətnində dölün ilk inkişafında da kök hüceyrələr mühüm yer tuturlar. Bu hüceyrələr emrionik kök hüceyrələr adlanır, bundan fərqli olaraq orqanizmimizdə somatik kök hüceyrələr də mövcuddurlar.Toxumaya uyğun və ya yetkin kök hüceyrə kimi tanınan somatik hüceyrələrlə yanaşı İPS hüceyrələri kimi tanınan pluripotent kök hüceyrələr də yer alır.

Son dövrlərdə texnologiyanın və tibbin inkişafı ilə əlaqədar olaraq yağ toxumasından və ya sümüki iliyindən alınana kök hüceyrələrin başqa insana transferi sayəsində bir çox fərqli xəstəliklərin müalicəsi mümkün olmuşdur.

Kök Hüceyrə Müalicəsi nədir? Kök hüceyrə köçürülməsi nədir?

İnsan orqanizmasının bütün strukturlarının kökünü formalaşdıran, özünü yeniləyə bilən, çoxala bilən kök hüceyrələr bir çox xəstəliklərin müalicəsində istifadə edilir. Kök hüceyrə müalicəsi- insanın özündən alınan, və ya ona uyğun və ya yarım uyğun donordan alınan kök hüceyrələr xəstəyə transfer edilərək zədələnmiş orqan, toxumanın yenilənməsi, bərpa edilməsi ilə gedən müalicə metodudur.

Kök hüceyrə müalicəsi necə aparılır?

Hazırda  kök hüceyrə müalicəsi dünyada geniş vüsət almışdır. Bunun səbəbi kök hüceyrə müalicəsindən alınan nəticələrin yaxşı olmasıdır. Kök hüceyrələr yağdan, sümük iliyindən, döldən, plasentadan alınır. İnsanın özündən alınan kök hüceyrələrin özündə zədəli toxumaya köçürülməsinə otoloq nəql, digər donorlardan alınan kök hüceyrələrin xəstəyə köçürülməsinə isə allojenik nəql deyilir. 

Son dövrlərdə təcrübələr yağdan alınan kök hüceyrələrin daha faydalı olduğu, kök hüceyrələrlə daha zəngin olduğu sübüt edilmişdir. Öncə xəstədən xüsusi kanula ilə yerli keyitmə və ya 10 dəqiqiəlik sedasiya altında bir miqdar yağ alınır. Sonra alınan yağ kök hüceyrə laboratoriyasında xüsusi protokol üzrə müəyyən işləmlərdən keçirilir. Kök hüceyrələrin alınmasında fermentativ və qeyri-fermentativ yollar vardır. Qeyri-fermentativ yolla alınan kök hüceyrələr sayca az olur və müalicəsə effektivliyi çox aşağıdır. Bizim mərkəzimizdə kök hüceyrələr yalnız xüsusi protokol üzrə fermentativ yolla alınaraq, aktivləşdirərərk lazım olan nahiyəyə köçürülür. Aldığımız saf şəkildə SVF kök hüceyrələr bir çox xəstəliklərin müalicəsində tətbiq edilir. 

Kök hüceyrə müalicəsi hansı xəstəliklərin müalicəsində tətbiq edilir?

Kök hüceyrə müalicəsinin istifadə sahəsi kifayət qədər genişdir. Bir çox sahələrdə müvəffəqiyyətlə tətbiq edilir, bir çox sahələrdə də istifədəsi öyrənilir. Kök hüceyrə müalicəsi tətbiq sahəsi travmatologiya, estetik cərrahiyə, nevrologiya, onkologiya, rekonstruktiv cərrahiyə, qan xəstəlikləri, irsi xəstəliklər v.s saymaq olar. 

Kök hüceyrə müalicəsi aşağıdakı xəstəliklərin müalicəsində effektivdir:

-Artrozlar/artritlər

-Poliartrit

-Diz ağrıları 

-Koksartroz

-Bağ zədələnmələri

– Oynaq xəstəlikləri

– Revmatoid artriti

-Menisk zədələnmələri

-Avaskular nekroz

-Zədələnmiş qığırdağın bərpası

-Onurğa xəstəlikləri

– Fəqərəarası disk qabarması/protruziyası/yırtığı

– Onurğa beyin zədələnmələri

-Çiyin ağrıları

-İmpigement sindromu

-Boyun ağrıları

-Bel ağrıları

-Kürək ağrıları

-Bud-çanaq oynağı ağrıları

– 10 yaş cavanlaşma/antiaging/rejuvenation

-Üz cavanlaşma

– Boyun/ Dekolte ve əllərin cavanlaşması

– Yanıq izlərinin müalicəsi

-Çapıqların müalicəsi

– Diabetik ayaq yaraları

-sağalmayan yaraların müalicəsi

– Dağınıq skleroz müalicəsi

-Uşaq serebral iflic müalicəsi

– İnsultlar

– Bəzi xərçəng növləri

– Saç tökülmənin müalicəsi v.s

Kök hüceyrə köçürülməsindən sonra xəstələrin reabilitasiya dövrü:

SVF Kök hüceyrə xəstənin lazım olan nahiyəyə , məsələn, diz artrozundən zəiyyət çəkən xəstənin diz oynağına, koksartrozdan əziyyət çəkən xəstənin bud-çanaq oynağına, cavanlaşma məqsədi ilə isə xəstənin üz, boyun, dekolte və ya əllərinə transfer edilir, dağınıq skleroz, uşaq serebral iflic kimi xəstələtrə venadaxili  köçürülür. 

Oynaq problemi olan xəstələrə kök hüceryə müalicəsindən sonra 48 saat yataq rejimi məsləhət görülür. Xəstələrin uzun müddət, məsələn 3-4 həftə yataq rejimi almaları mənasızdır, hətta bəzi hallarda zərərlidir. Təcrübələr göstərir ki 48 saat ərzində köçürülən hüceyrələr oynağa çökür, 2 gün yataq istirahəti bu dövrdə önəmlidir və 6 ay ərzində qığırdağı bərpa edir. Kök hüceyrələr başqa hüceyrələrə çevrilə bildiyi kimi oynağa köçürüldükdə qığırdaq hüceyrələrinə çevrilərək oynağı yeniləyirlər. Nəticədə 6 ay sonra xəstənin rentgen müayinəsində ciddi dərəcədə yaxşılaşma müəyyən edilir.Əksər pasientlər kök hüceyrə müalicəsindən 1 ay sonra ağrılarının azaldığını, yerişlərinin yaxşılaşdığını hiss edə bilirlər.

SVF kök hüceyrə transfer olunan xəstələrə azı 1 ay spirtli içki içmək, siqaret çəkmək və ağrı kəsicilərdən, xüsusilə QSİƏP-ların istifadəsi məsləhət görülmür. Bu vərdişlərin kök hüceyrələrin çoxalmasına, yenilənməsinə mənfi təsir göstərdiyi qeyd edilir. Paientlərimiz 6 ay ərzində müxtəlif əlaqə vasitələri ilə bizimlə sıx əlaqədə olurlar. Bununla da müalicənin gedişini izləyə bilirik, bu dövrü rahat keçirtmələrinə yardımçı ola bilirik.

Bütün hüquqlar qorunur © 2020
Materiallardan istifadə edərkən www.drsevinjheydarova.com saytına hiperlink vasitəsi ilə istinad mütləqdir!