Onurğada fəqərələrarası disk yırtıqları: səbəb, müalicə – Kök hüceyrə terapiyası

Apr 18, 2021Disk yırtıqları, Proloterapiya

Fəqərə arası disklər elastik olub, onurğanın hərəkətliliyinə və yüklənmələrə qarşı davamlı olmasına, zərbə və travmaların dəf edilməsinə xidmət edir.

Orqanizm yaşlandıqca fəqərələr arasındakı disklər elastikliyini və zərbəni dəf edici özəlliklərini itirir və degenerativ disk xəstəliyi dediyimiz yaşlanmanın təbii bir nəticəsi olaraq ortaya çıxir.

Disklərin içində pulpoz nüvə adlandırılan yumşaq sahə, ətrafında daha sərt bir fibroz halqa, fəqərələrə baxan səthlərdə isə hər iki tərəfdə qığırdaq toxuması vardır. Xaricdəki təbəqənin anatomik tamlığının pozulması nəticəsində içəridəki yumşaq toxumanın xaricə doğru çıxması yırtıq (qrıja) adlanır. 

Kimlərdə yarana bilər?

Bel fəqərə arası disk yırtıqları vücudumuzun ağırlıq mərkəzinin iki aşağı bel fəqərələrinə (L4-L5) düşdüyünə görə ən sıx rast gəldiyimiz onurğa problemləridir. Yaş irəlilədikcə disklərin tərkibindəki maye azalır və elastikliyi azalmağa başlayır. 

  • Ağır çəkili insanlar
  • Uzun müddət oturaq və ayaq üstü işdə çalışanlar
  • Ağır idman və fiziki iş
  • Sürücülər
  • Qəza keçirənlər

Yırtıqların inkişafının 4 mərhələsi

Bulging (qabarma), protruziya, ekstruziya və sekvestr yırtıqlaşan, yəni xaricə doğru çıxan disk, daşma dərəcəsinə görə onurğa beyninin müvafiq sinirlərini sıxışdırır. Beləcə bel ağrısı ilə birlikdə sinir boyunca ayaqda ağrı, hissiyatın pozulması, ayaq zəifliyi kimi əlamətlər müşahidə olunur. 

Fəqərələrarası yırtıqların əlamətləri:

  • Tək və ya hər iki aşağı ətrafa yayılan ağrılar
  • Ayaqlarda uyuşma, keylik, yandırma, göynəmə, soyuma hissiyyatı
  • Antalgik pozisiya (ağrı ilə əlaqədar beldə əyrilik)
  • Yeriyən və oturan zaman ağrıların olması bel yırtğının ələmətləridir.
  • Bel yırtığının pəncədə iflic, tez yorulma, sidik saxlaya bilməmək, yeriyə bilməmək kimi ağırlaşmaları meydana çıxa bilər.
Fəqərəarası disk yırtıqları

Müayinə və diaqnostika:

Onurğa disk yırtıqlarını nevroloq müayinə edir. Xəstə əyani müayinə edilir, anamnez toplanılır, daha sonra MRT, KT, EMQ və bəzi analizlər təyin edilir. 

Maqnit Rezonans Tomoqrafiya (MRT) üsulu  vasitəsiylə onurğa beyni, sinir kokcükləri, fəqərələr, fəqərəarası disklər haqqında ətraflı informasiya almaq mümkündür. MRT müayinəsi zamani insan rentgen şüalanmasina məruz qalmır. 

Bəzi hallarda bel nahiyyəsinin rentgen müayinəsində bel yırtığının olmasını, ölçülərini qeyd edirlər. Bu doğru deyil, çünki rentgenoqrafiya heç bir zaman disk yırtının varlığı haqqında dəqiq, bir başa məlumat verə bilməz.

KT komputer tomoqrafiyada onurğa kanal darliği, bel sürüşməsi, kalsinatlaşmiş disk yirtıqları diaqnostik olaraq aşkarlana bilinir.

EMG (Sinir keçiriciliyinin təyin testi) də bəzi hallarda istifadə edilir. Bu müayinə vasitəsiylə sixilan sinir kökcüyünün ötürücülüyü təyin olunur. 

Bel yırtığının müalicə növləri:

Dərman-konservativ müalicə: 

İlkin mərhələdə bel yırtığının müalicəsi yırtıqlaşmanın, yəni disk dediyimiz elastiki maddənin ayağa gedən sinirlərə etdiyi kompresiyyanın dərəcəsinə bağlıdır. Əgər sadəcə bel və ayaq ağrısı mövcuddursa, hər hansı bir keylik, ayaq zəifliyi,hərəkət məhdudluğu yoxdursa əzələ rahatladıcı, qeyri-steroid iltihab ələyhinə dərmanlar verilir, qısa müddətli yataq istirahəti və kəskin hərəkətlərdən uzaq olunmaması tövsiyyə olunur.

Fizioterapiya  – dərman müalicəsi ilə yanaşı fizioterapiyaya da ehtiyac olub olmadığı qərarı verilmiş olacaqdır. Ona görə bu tipli şikayəti olan insanların həkimsiz ağrıkəsici istifadəsi və ya qeyri tibbi olaraq bellərinin çəkdirilməsi və yaxud başqa tipli tibbi təsdiqi olmayan prosedurlarn icra olunması tövsiyyə olunmur. Çünki belə proseduralar insanlarin əlil olmasına gətirib çıxara bilər.

  • Cərrahi əməliyyat
    Bel və boyun yırtıqlarının əksər hissəsi konservativ (əməliyyatsız) müalicələr adlandırılan bu ilk üç üsuldan biri və ya bir neçəsiylə yaxşılaşır. 

Xəstənin ağrıları davam edirsə və ya əzələ zəifliyi, baldırda arıqlama, sidik saxlamada problemlər, dözülməz ağrılar mövcuddursa və icra olunan müalicələr effektsizdirsə bu hallarda əməliyyat mütləqdir

Əgər cərrahi müdaxilə olunmazsa və sinirə təyziq davam edərsə o zaman xəstənin ayağında zəifləmə, baldırda arıqlama, sidik saxlamamazlığı, cinsi zəiflik yarana bilər.

Əməliyyatın da bir neçə metodu var:

  1. Klassik metod
  2. Mikrodiskektomiya
  3. Endoskopik diskektomiya
  4. Lazer diskektomiyası
  5. Nukleoplastika

Ümumi narkozla beldə 4-5 cm. lik bir kəsiklə girilərək disk yırtığı çıxarılır. Bu zaman əməliyyat yarası böyük olduğu üçün əməliyyat sonrası xəstədə ağrıların olma ehtimalı daha yüksəkdir. Müasir dövrdə bu metod daha az istifadə edilməkdədir.

Endoskopik Diskektomiya : Endoskopun köməkliyi ilə 1 sm-lik bir kəsik ilə icra olunan müdaxilədir. Kiçik bir sahədə çalışıldığı üçün xəstənin 12 saat içərisində yeriməsi mümkündür və əməliyyat sonrası minimal ağrıya səbəb olur.

Lazer Diskektomiya: Lokal anesteziya sonrası yırtığa yüksək temperatur tətbiq olunaraq ölçüləri bir miqdar kiçildilir.

Effektivliliyi azdır. Ciddi onurğa beyni, sinir kökü kompressiyası və nevroloji defistlər verməyən yırtıqlara başlanğıc mərhələdə və protruziyalara tətbiq olunur.

Bel yırtığının Əməliyyatsız müalicəsi

Proloterapiya

Bu prosedurun təməlində özünü yeniləmək dayanır. Yəni vücudun özü-özünü yeniləməsi üçün qıcıqlandırıcı təkan verir. Bel və boyun onurğa disk yırtıqlarında ağrını kəsir, həmin nahiyənin öz-özünə bərpasını təmin edir.

Proloterapiya həmçinin çiyində əzələ yırtıqları, menisküs zədələnmələri, təkrarlayan baş, boyun, bel ağrıları, əməliyyat sonrası yaxşılaşmayan yırtıqlar, əl və ayaqda sinir sıxışmaları, boyundan qaynaqlanan baş ağrıları, baş dönmələri, qabırğalarda keçməyən ağrılar və s xəstəliklər zamanı pasiyentin vəziyyətinə görə, dərman, fizioterapiya, idman hərəkətləri və cərrahi müdaxilə kimi bir çox müalicə üsullarının yanında bu  proseduru da tətbiq etmək mümkündür.

Qeyd edək ki, bunun üçün həkim göstərişi olmalıdır.

Xüsusi preparat sağalma prosesini tezləşdirir, ağrını kəsir, toxumanı bərpa edir, hərəkət funksiyalarını yaxşılaşdırır. Orqanizmə heç bir ziyanı yoxdur.  Regenerativ bərpa müalicəsinə aid olan Proloterapiya hətta cərrahi əməliyyatdan da xəstəni xilas edə bilər.

Lakin bu proseduru məhz proloterapiya üzrə ixtisaslaşmış mütəxəssis həkim aparmalıdır. Xroniki bel ağrılarından əziyyət çəkən xəstələrə tətbiq edilən proloterapiyanın effektivliyi 80%-90% təşkil edir. Adətən 4-6 prosedur kifayət edir, müalicə nəticə versin.

Dünyada yeni metod – Kök hüceyrə terapiyası 

Tibb dünyasının bel və onurğa ağrılarında ən son müasir müalicə yolu kök hüceyrədir. 

Dərman, fizioterapiya və s. metodlardan nəticə almayan xəstələrdə tətbiq edilən bu yöntəm onurğa fəqərələrarası yırtıqlarda da effektivdir.  

Təcrübələr göstərib ki, kök hüceyrədən sonra qarşıdakı dövrdə bir daha ağrılar geri qayıtmır.

Müalicənin effektiv olmasında önəmli faktor xəstənin özündən alınan kök hüceyrənin problemin əsl qaynağında olan ağrıya səbəb olan dəyişikliyi aradan qaldırmasıdır. 

Kök hüceyrə qalıcı və daim effekt təmin edir. Xəstəni artıq, əlavə müalicələrdən, xərclərdən xilas edir.

Kök hüceyrə necə tətbiq edilir:

Kök hüceyrələr keçmişdə sümük iliyindən və qanından əldə edilməyə çalışıldı. Ancaq kök hüceyrələrin insan yağlı toxumasında sümük iliyindən 50 qat daha çox olduğu və bugün 200cc (bir su şüşə) yağından derzləri təmir etmək üçün kifayət qədər miqdarda kök hüceyrələri əldə etmək mümkün olduğu aşkar edilmişdir.

Proses əməliyyatxanada aparılır, xəstəyə sedasiya verilir. Kiçik bir liposaksiya metodu ilə qarın yağlarından yağ hüceyrələri alınır. Onlar xüsusi laboratoriyada xüsusi filtrdə kök hüceyrəyə ayrılır.  Kök hüceyrə rentgen cihazı altında birbaşa diskin içinə nazik iynə köçürülür.

Xəstə həmin gün evə yazılır, 4 gün yataq rejiminə əməl etdikdən sonra işinə, həyatına dönür.

Kök hüceyrələr isə 6-8 həftə ərzində problemli, xəstə disk hüceyrələrini yeniləyir, bərpa edir, yırtıq və disk degenerasiyasını geniş sahədə bərpa edir. Bədənə kənar bir maddə girmədiyi üçün  allergik reaksiya baş vermir.   Nadir halda, kəskin xəstələrdə ikinci dəfə kök hüceyrə təkrarlana bilər.

Kök hüceyrəyə yırtıqlar ağırlaşmadan, ən ağır dərəcəyə keçmədən, aşağı ətraflarda hərəkətsizlik yaratmayana qədər müraciət edin. Kök hüceyrə müalicəsi üçün yırtığın ölçüsünün fərqi yoxdur.