İstənilən artrozun irəliləməsinin, ağırlaşmasının qarşısını almaq, eləcə də artıq dərinləşmiş artrozlarda insanın öz kök hüceyrəsindən oynaqlara tətbiq etməklə oynaq qığırdağının bərpası, müalicəsi, artrozun aradan qaldırılması, insanın əlil olmasının qarşısının alınması mümkündür.
Oynaqların hərəkətliliyini təmin edən qığırdaqlardır. Qığırdaqlar oynaq mayesinin köməyi ilə sürtünmə olmadan oynağın və ətrafların hərəkət etməsinə imkan yaradır.
Məhz oynaqlarda qığırdaqların müəyyən səbəblərdən zədələnməsi, degenerasiyası, iltihabı kimi xəstəliklərinə artroz deyilir.
Müasir dövrdə artroz cavanlaşan xəstəlikdir və əhalinin böyük qismində rast gəlinir.
Yaş artdıqca artroz riski yüksəlir və 60 yaş yuxarı insanların 60%də rast gəlinir. 45 yaşdan sonra artrozların yaranması riski yüksəlir. Artroz xroniki xəstəlikdir, getdikcə dərinləşir, qığırdaqların tam dağılmasına kimi səbəb ola bilir.
Artrozun yaranma səbəbləri:
- Oynaqlarda travmalar – sınıqlar, çıxıqlar, əzilmə, bağların cırılması və s
- Displaziya – insanda anadangəlmə bud-çanaq oynaqlarının anormallığı
- Metobolizm xəstəlikləri
- Müxtəlif autoimmune xəstəliklər- revmatizm, sistem qırmızı qurd eşənəyi
- Orqanizmdə kəskin iltihabi xəstəliklər
- Vərəm, sifilis, qonoreya kimi xəstəliklər
- Bəzi endokrinoloji pozulmalar
- Qan xəstəlikləri- hemofiliya
- Zərərli vərdişlər, ya aktiv hərəkətlilik və ya əksinə hərəkətsizlik
- İş faktorları
- Qidalanma
- Artıq çəki, piylənmə
Kimlər risk altındadır?
- Yaşı 45 –i keçənlər
- Yaşı 65-dən yuxarı olanlar
- Artıq çəkisi olanlar
- Axsayan insanlar
- Oynaqlarda cərrahi müdaxilə edilənlər
- İrsi meyillilik
- Menopauza dövründə qadınlar
- Mikroelement – D vitamin, kalsium çatışmazlığı
- Bəzi dərmanların çox qəbulu
- Onurğanın bel və boyun nahiyəsində xəstəliklər olanlar
- Peşəkar idmançılar
- Uzun müddət stress vəziyyətində olanlar
Artroz zamanı nələr baş verir:
Oynaq qığırdaqları kobudlaşır, quruyur, hərəkət zamanı sürtülür, zamanla incəlir, səthi pozulur, kənarlarında kalsifikasiya- sümük kirəcləşməsi kimi ocaqlar əmələ gəlir. Oynaq kapsulu və sinoveal maye qalınlaşır. Kapsulda fibroz ocaqlar yaranır.
Zaman keçdikcə qığırdağın nazikləşməsi, forma və funksiyalarının pozulması nəticəsində ətrafda yerləşən sümük səthləri deformasiyaya məruz qalır, onların kənarlarında sümük çıxıntıları (osteofitlər) əmələ gəlir.
Bağ-əzələ aparatının zədələnməso (burxulma, qismən və ya tam cırılması) ehtimalı artır. Qığırdaq zədələnməsi artdıqca hərəkət kəskin məhdudlaşır, xəstə gəzərkən ağrı hiss edir.
Artrozlar bazu, dirsək, bilək, bud-çanaq, aşıq baldır, diz oynaqlarında əmələ gəlir.
Xəstəliyin 3 mərhələsi:
1-ci mərhələ – elə də ciddi dəyişikliklər olmur, yalnız oynaq daxili mayenin tərkibi pozulur. Qığırdağın lazımi maddələrlə qidalanması zəifləyir. Yüngül ağrılar hiss edilə bilər.
2-ci mərhələ – oynaq qığırdağı parçalanmağa qədəm qoyur, sümük çıxıntıları əmələ gəlir. İltihabi proses gah artır, gah sönür. Qanda iltihabi göstəricilər artır.
Ağrılar artır, daimi olur. Əzələlərin funksiyasında zəifləmə olur.
3-cü – qığırdaq nazikləşir, daha çox parçalanır. Oynaqda ciddi deformasiyalar, bağların qısalması baş verir. Oynaqda hərəkətlilik pozulur. Oynaq ətrafı əzələlər gərgin və qısalmış olur. yığılma qabiliyyəti azalır. Oynaqların qidalanması tam pozulur.
Artrozun əlamətləri:
İlkin mərhələdə pasiyentdə zəif, qısa çəkən, yüklənmə və çox gəzmə zamanı xəfif ağrı olur. Xəstə yuxudan duranda, oturduqdan sonra qalxdıqda hərəkət edəndə ağrı, sərtlik, ağırlıq hiss edir.
Artrozun əsas daimi simtpomu ağrıdır. Zaman keçdikcə ağrılar daha kəskin, daimi olur. Gecə ayaqlarda, oynaqlarda ağrılar venoz durğunluq, oynaqdaxili təzyiqin yüksəlməsindəndir.
Hava dəyişəndə – rütubət artanda, soyuq düşəndə, yağış yağanda da ağrılar güclənir. Ən əsas əlamət sakit haldan hərəkət halına keçərkən ağrıdır. Hərəki aktivlik zamanı ağrılar azalır.
Bəzən artroz zamanı hərəkətsiz zamanlarda da sızıldayıcı, yandırıcı ağrılar olur. Sakit vəziyyətdə əzələ qıcolmaları, əzələlərdə və oynaqlarda xoşagəlməz hiss əmələ gəlir.
Artrozun gec mərhələlərində oynaq əyilir, sümüklərin və ətraf strukturların kobud dəyişiklikləri ilə əlaqədar olaraq kontrakturalar formalaşır. Dayaq çətinləşir, artrozlu xəstələr hərəkət etmək üçün əsadan və ya qoltuq ağacından istifadə etməyə vadar olurlar. Bud-çanaq artrozu zamanı budun bükülməsi məhdudlaşdığından xəstə otura bilmir. Diz artrozunda xəstələr pilləkəni çıxıb düşməkdə çətinlik çəkir.
Artrozun gedişinə görə növləri:
1-ci mərhələ (şübhəli artroz) – oynaq yarığının daralması ehtimalı.
2-ci mərhələ (yumşaq artroz) – oynaq yarığının daralması, osteofitlər aydın təyin olunur.
3-cü mərhələ (mülayim artroz) – oynaq yarığının aşkar daralması qeyd olunur, osteofitlər aydın nəzərə çarpır, sümük deformasiyaları
4-cü mərhələ (ağır artroz) – oynaq yarığının xeyli daralması, iri osteofitlər, aydın nəzərə çarpan sümük deformasiyaları və osteoskleroz aşkarlanır.
Müayinə necə olunur?
- Ayaqüstə rentgen çəkilir
- Lazım gələrsə MRT olunur
- Xəstədən anamnez toplanır
- Bütün oynaqlar həkim tərəfindən əyani palpasiya və bəzi hərəkətlərin təkrarlanması ilə yoxlanılır
- Qanda iltihab, revmatoloji, ümumi qan analizi verilir
Artrozun müalicə üsulları
Dərman müalicəsi – qeyri-steroid, iltihab əleyhinə və ağrıkəsici dərmanlar seçilir, lakin dərmanlar prosesi saxlamır, sadəcə simptomları aradan qaldırır
Hazırda ən çox təyin edilən dərmanlar qlükozamin, xondrotin sulfatdır. Onlar müəyyən qədər qığırdağın yaşamasını normallaşdırır.
OYNAQDAXİLİ İNYEKSİYALARLA BLOKADA– gialurion turşusu inyeksiyası oynağa birbaşa yeridilir, 6 ay müddətində ağrıların azalmasına kömək edir. Oynaqların sürüşkənliyini təmin edir və qığırdaq hüceyrələrinə qoruyucu təsir göstərir.
Oynaqdaxili steroid inyeksiyalar- simptomları dərhal aradan götürür. Kortikosteroidlər, ağrıkəsici və iltihabəleyhinə təsiri ilə uzun müddətli müalicədə istifadə edilir. Təsir müddəti qısadır. Daha çox ağır qonartrozu olub əməliyyat olmaq istəməyən xəstələrdə tətbiq edilir.
Fizioterapiya
Fizioterapiya, müalicəvi idman, bəzi aparat metodları.
Cərrahi əməliyyat – 3 və 4-cü dərəcəli artrozlarda oynaq tamamilə parçalandıqda və xəstədə hərəkət mümkun olmadıqda, həmin oynaq çıxarılıb, süni oynaqla əvəz olunur. Endroprotezlənmə əməliyyatı travmatoloji əməliyyatlar içərisində mürəkkəb,riskli və bahalı əməliyyatlardandır.
Son müasir metod – Kök hüceyrə köçürülməsi
İstənilən artrozun irəliləməsinin, ağırlaşmasının qarşısını almaq, eləcə də artıq dərinləşmiş artrozlarda insanın öz kök hüceyrəsindən oynaqlara tətbiq etməklə oynaq qığırdağının bərpası, müalicəsi, artrozun aradan qaldırılması, insanın əlil olmasının qarşısının alınması mümkündür.
Hazırda Türkiyədə artrozların müalicəsində bu metod uğurla tətbiq edilir. Azərbaycanda isə ən müasir cihazlarla təmin olunmuş laboratoriyaya malik Kök hüceyrə mərkəzində bütün artrozların müalicəsi aparılır.
Əməliyyatsız müalicə
Heç bir dərman, inyeksiya, ağrıkəsici, fizioterapiya və əməliyyata ehtiyac olmadan, birbaşa və birdəfəlik müalicə yalnız kök hüceyrə köçürülməsidir.
Qığırdaq necə bərpa olunur?
Mezenximal kök hüceyrələr bölünür, çoxalır osteositlərə, xondrositlərə və adipositlərə çevrilərək zədələnmiş, yeyilmiş qığırdağı bərpa edir. Bir ay ərzində ağrılar azalır, yerişi yaxşılaşır, 8 aya tam nəticə ilə artroz əməliyyatsız müalicə olunur.
Hazırda artrozun əməliyatsız yeganə müalicəsi təmiredici hüceyrələr , kök hüceyrələr vasitəsiylə doğru mütəxəssis əlində doğru protokolla müalicəsidir.
Kök hüceyrə nədir?
İnsan orqanizmi, orqan və toxumaları hüceyrələrdən təşkil olmuşdur. Bəzi hüceyrələr özünü yeniləyə, başqa hüceyrələrə çevrilə bilirlər. Kök hüceyrələr adlanan bu hüceyrələr bölünərək arta bilir. Bir hüceyrədən yüz minlərlə, hətta milyonlarla hüceyrələr əmələ gəlir, kök hüceyrələr özlərini yeniləmək üçün çoxalırlar.
Kök hüceyrələr tam differensasiya olmamış hüceyrələr olub digər toxumalara çevrilə bilir. Yaş artdıqca bədənizmizdə olan qan hüceyrələrin miqdarı azalır. Məsələn, yeni doğan bir körpədə hər 10 min hüceyrədən biri kök hüceyrəsidirsə, 65 yaşında birində 1mln hüceyrədən yalnız biri kök hüceyrədir.
Yaş artması ilə azalan kök hüceyrələr nəticəsində zədələnən orqan, toxumalar kifayət qədər bərpa oluna bilmir. Buna görə də kök hüceyrə müalicəsi müxtəlif xəstəliklərin müalicəsində, zədələnmiş toxumanın bərpasında geniş istifadə edilir. Kök hüceyrə müalicəsi plastik cərrahiyyədə də geniş istifadə edilir.
Kök hüceyrələr orqanizmin bütün hüceyrələrinə çevrilə bilən ANA hüceyrələr bədənimizin hər nahiyəsində var. Beləliklə, zədələnən, xəstələnən bütün toxuma və orqanın bərpasında, sağalmasında rol oynayır.
Kök hüceyrə bədəndən necə alınır?
Kök hüceyrələr sümük iliyindən, qulaq arxasından, yağdan və döldən alına bilir. Bizim aldığımız kök hüceyrə yağdandır. Çünki yağdan alınan kök hüceyrə daha zəngindir. Xəstəyə 5-10 dəqiqəlik yuxu verilir. Daha çox qarın nahiyəsindən alınan yağlar Kök Hüceyrə mərkəzinin laboratoriyasında kök hüceyrələrə ayrılır. Bunun üçün ferment qatılır, yuyulur, təmizlənir və saf şəklində hüceyrə ayrıldıqdan sonra xəstəyə tətbiq edilir.
Əsas üstünlükləri:
- Artrozlarda xəstədən bir dəfə kök hüceyrə alınır və bir dəfə də tətbiq edilir. Prosedur mərkəzdə əməliyyatxana şəraitində həyata keçirilir
- Artrozlarda ağır hallarda 2 dəfəyə kimi kök hüceyrə oluna bilir
- Xəstəyə ümumi narkoz verilmir
- Cəmi 3-4 saat vaxt alır
- Xəstə klinikada qalmır, dərhal evə yazılır
- Yaxşılaşma 1 ay ərzində başlayıb, 6 aya kimi nəticəsini tam göstərir
- Xüsusən gənc və orta yaş insanları bu yaşda protezdən xilas edə bilir
Kök hüceyrə köçürülməsindən sonra xəstələrin reabilitasiya dövrü:
- SVF Kök hüceyrə xəstənin lazım olan nahiyəyə , məsələn, diz artrozundən əziyyət çəkən xəstənin diz oynağına, koksartrozdan əziyyət çəkən xəstənin bud-çanaq oynağına, cavanlaşma məqsədi ilə isə xəstənin üz, boyun, dekolte və ya əllərinə transfer edilir, dağınıq skleroz, uşaq serebral iflic kimi xəstələtrə venadaxili köçürülür.
- Oynaq problemi olan xəstələrə kök hüceryə müalicəsindən sonra 48 saat yataq rejimi məsləhət görülür. Xəstələrin uzun müddət, məsələn 3-4 həftə yataq rejimi almaları mənasızdır, hətta bəzi hallarda zərərlidir. Təcrübələr göstərir ki 48 saat ərzində köçürülən hüceyrələr oynağa çökür, 2 gün yataq istirahəti bu dövrdə önəmlidir və 6 ay ərzində qığırdağı bərpa edir. Kök hüceyrələr başqa hüceyrələrə çevrilə bildiyi kimi oynağa köçürüldükdə qığırdaq hüceyrələrinə çevrilərək oynağı yeniləyirlər. Nəticədə 6 ay sonra xəstənin rentgen müayinəsində ciddi dərəcədə yaxşılaşma müəyyən edilir. Əksər pasientlər kök hüceyrə müalicəsindən 1 ay sonra ağrılarının azaldığını, yerişlərinin yaxşılaşdığını hiss edə bilirlər.
- SVF kök hüceyrə transfer olunan xəstələrə azı 1 ay spirtli içki içmək, siqaret çəkmək və ağrı kəsicilərdən, xüsusilə QSİƏP-ların istifadəsi məsləhət görülmür. Bu vərdişlərin kök hüceyrələrin çoxalmasına, yenilənməsinə mənfi təsir göstərdiyi qeyd edilir. Paientlərimiz 6 ay ərzində müxtəlif əlaqə vasitələri ilə bizimlə sıx əlaqədə olurlar. Bununla da müalicənin gedişini izləyə bilirik, bu dövrü rahat keçirtmələrinə yardımçı ola bilirik.
Kök hüceyrə daha hansı xəstəliklərdə effektivdir?
-Poliartrit
-Koksartroz
– Oynaq xəstəlikləri
– Revmatoid artriti
-Avaskular nekroz
-Zədələnmiş qığırdağın bərpası
-Onurğa xəstəlikləri
– Fəqərəarası disk qabarması/protruziyası/yırtığı
– Onurğa beyin zədələnmələri
-Çiyin ağrıları
-İmpigement sindromu
-Boyun ağrıları
-Kürək ağrıları
-Bud-çanaq oynağı ağrıları
– 10 yaş cavanlaşma/antiaging/rejuvenation
– Boyun/ Dekolte ve əllərin cavanlaşması
– Yanıq izlərinin müalicəsi
-Çapıqların müalicəsi
– Diabetik ayaq yaraları
-sağalmayan yaraların müalicəsi
– Dağınıq skleroz müalicəsi
-Uşaq serebral iflic müalicəsi
– İnsultlar
– Bəzi xərçəng növləri
– Saç tökülmənin müalicəsi
Regenerativ tibb və Kök Hüceyrə Mərkəzi
Azərbaycanda yüzlərlə xəstəni artroz və cərrahi əməliyyatdan müalicə ilə xilas edən kök hüceyrə mərkəzinə istənilən oynaq problemləri ilə bağlı müraciət etmək olar.