Sonsuzluq evli cütlüklərin 30%-də rast gəlinən problemdir. Bundan əlavə birincili (anamnezdə hamiləliyin olmaması) və ikincili (təkrari hamiləliyin baş tutmaması) sonsuzluq da müşahidə edilir. Ailədə sonsuzluq 10-15% cütlüklərdə rast gəlinir. Bunların 40%-də sonsuzluğun səbəbi kişi ilə bağlı olur (impotensiya, keyfiyyətsiz sperma, eyakulyasiyanın pozulması), qalan 60% hallarda isə qadının payına düşür.
Sonsuzluq nədir?
Tam bir il ərzində qorunmadan hamilə qalma cəhdlərində uğursuz olan cütlüyə sonsuzluq diaqnozu qoyulur. Sonsuzluğun səbəbi qadından qaynaqlanırsa, bu, qadın sonsuzluğu olaraq, kişidəki problemlərdən qaynaqlanırsa kişi sonsuzluğu adlanır
Bəs sonsuzluğun müalicəsi necə aparılır? Müasir tibb hansı metodları təqdim edir?
Son zamanlar sonsuzluğun ən son çarəsi olan süni mayalanma (EKO) uğurlu olması üçün nə etmək lazımdır?
Qadın sonsuzluğunun səbəbləri
Qadın sonsuzluğunun ən çox rast gəlinən səbəbləri arasında yumurtalama problemləri, uşaqlıq borularının bağlı olması və ya uşaqlığın zədəli olmasıdır.
Yumurtalama problemləri aşağıdakı səbəblərdən yaranır:
– Hormonal disbalans, qalxanvari vəz və hipofizin işində pozulma. zob
– Yumurtalığın şiş və ya kistaları
– Alkoqol və ya narkotik istifadəsi
– Tiroid vəzi problemləri
– Artıq çəki, piylənmə
– Stress, əsəb xəstəlikləri
– Bədənin əhəmiyyətli dərəcədə yağ itkisi
– Çox qısa menustrasiya dövrü
Ovulyasiya pozulması
Normal sağlam qadında ayda bir dəfə ovulyasiya baş verir. Lakin ovulyasiyanın az-az olması, qeyri-müntəzəm zaman aralıqlarında müşahidə olunması və ya ümumiyyətlə olmaması yumurtalama pozğunluğu olaraq ifadə edilir. Qadının yumurtalama pozğunluğundan şübhələnməsi üçün ən vacib əlamət menstruasiya qanaxmalalarının nizamsızlaşmasıdır.
Ovulyasiya pozğunluqlarına bəzən hər ay müntəzəm menustrasiya keçirən qadınlarda da rast gəlinə bilər. Bundan əlavə, hormonal və metabolizm pozğunluğu səbəbindən yaranan polikistozlu yumurtalıqlar yumurtlama pozğunluğuna səbəb olur.
Uşaqlıq borularının bağlı olması
Əgər qadının uşaqlıq boruları bir az tıxanıblarsa və ya tamamilə bağlıdırlarsa, təbii yollarla hamiləlik əldə etmək çox çətin və ya qeyri-mümkün hal alır. Boruların funksionallığına mənfi təsir edən bu cür hallarda qadının təbii yolla hamilə qalması mümkün deyil.
Endometrioz
Uşaqlığın səthində, bağlarında, borularında və yumurtalıqlarda normadan kənar uşaqlıq daxili toxuma əmələ gəlməsi endometrioz adlanır. Hər ay menstruasiya dövründə əmələ gələn qan bədəndən xaric edilmədiyinə görə ətrafındakı sahələrə yapışır və iltihabın meydana gəlməsinə səbəb olur. Həmçinin yumurtalıqlarda Endometrioz yarandıqda Endometrioma adlanan şokolad kistalari əmələ gəlir. Qadınlar cinsi əlaqə zamanı və ya ondan sonra, menstrual qanaxmaların əvvəlində şiddətli ağrı hiss edirlərsə, menstrual qanaxmalar nizamsız baş verirsə və təbii yollarla hamilə qala bilmirlərsə, endometriozun olmasından şübhələnməlidirlər.
Yumurta ehtiyatının azalması
Hər bir qadının anadangəlmə müəyyən sayda toxum hüceyrəsinə malik olur. Lakin yaşın keçməsi, istifadə olunan dərmanlar, müxtəlif xəstəliklərin müalicəsində tətbiq olunan cərrahi əməliyyatlar qadının yumurta ehtiyatını azaldır. Yumurta ehtiyatı azaldıqca təbii yolla hamilə qala bilmə ehtimalı da azalır.
Uşaqlıq və yumurtalıqda aparılan əməliyyatlar
Uşaqlıqda əmələ gələn mioma və ya polip kimi xoşxassəli törəmələr cərrahi əməliyyatla çıxarılarkən bu sahədə yapışıqlıqlar hamiləliyə mane ola bilər. Həmçinin yumurtalıqda yaranan problemlərə görə yumurtalığın çıxarılması da bu sahədə hormon səviyyələrini nizamsızlaşdırır və təbii yolla hamilə qala bilmə ehtimalını aşağı düşürür. Hər hansı bir xəstəlik nəticəsində hər iki yumurtalıq çıxarılarsa, hamilə qalma mümkünsüzdüz.
Qadınların hamilə qala bilməsində ən önəmli amil reproduktiv funksiyalarının tam gücü ilə işləmələridir. Bu baxımdan qadının yaşı da əhəmiyyətli faktordur. Çünki 20 yaşlı sağlam bir qadının bir il ərzində təbii yolla hamilə qalma ehtimalı təxminən 85% olarkən, 35 yaşdan yuxarı sağlam bir qadının eyni müddət ərzində hamilə qalma ehtimalı orta hesabla 50%-ə bərabərdir. Çünki yaş keçdikcə qadının reproduktiv funksiyaları, ehtiyatları, bacarığı, imkanları sürətlə azalır.
Diaqnostika:
Cütlüklərin sonsuzluğunda qadın və kişi eyni vaxtda həkimə müraciət etməli. Kişilər endokrinoloq və androloq uroloq, qadınlar isə ginekoloq, endokrinoloqa üz tutmalıdır. Daha sonra lazım olarsa psixiatr, nevroloq da müalicəyə cəlb edilir.
Qadınlar ginekoloji baxış, USM, yumurtalıq rezervi, hormonal analizlər, boruların müayinəsi, bəzi vitamin, mineral analizılərindən keçirilir.
Eləcə də qadın və kişidə aşkar, gizli infeksiyalar, mikrobların olması araşdırılır.
Qadın sonsuzluğunun müalicəsi
Müalicələr dərman müalicəsi və ya cərrahi əməliyyatlar ilə birlikdə hamilə qalma və doğuş qabiliyyətini bərpa etməyi hədəfləyir.
Aparılan müayinədən sonra hamiləliyin yaranmasına maneə olacaq heç bir səbəb aşkarlanmadığı hallarda səbəbi bilinməyən sonsuzluq diaqnozu qoyulur və ya yumurtlama pozuntusunun aşkar edildiyi hallarda yumurtlama müalicəsi aparılır.
Yumurtalama pozuntusunun müalicəsi zamanı oral yolla qəbul edilən həblər istifadə edilə bilər. Dərinin altına vurulan iynələr də tətbiq oluna bilinir. Yumurtalama pozuntusunun müalicəsi 3 və ya 6 ay aparılır. Göstərilən müddətin sonunda hamiləliyə nail olunmadığı hallarda fərqli müalicələr planlaşdırılır.
Endokrin mənşəli sonsuzluq zamanı hormonal pozğunluqların korreksiyası və yumurtalıqların stimulyasiyası aparılır. Korreksiyanın qeyri-medikamentoz üsuluna dietoterapiya və fiziki aktivliyin artırılması yolu ilə çəkinin normalizasiyası (piylənmə zamanı), fizioterapiya aiddir.
Endokrin mənşəli sonsuzluğun əsas medikamentoz müalicə üsulu hormonal terapiyadır. Follikulun yetişmə prosesi USM və qanda hormonların miqdarının dinamikasına əsasən izlənilir. Düzgün seçilmiş hormonal müalicə sonsuzluğun bu formasından əziyyət çəkən xəstələrin 70-80% -də hamiləliklə nəticələnir.
Uşaqlıq Daxili İnseminasiya (İUİ)
Bu müalicə üsulunda sperma toplanılır və yumurtanın inkişafı zamanı birbaşa qadının uşaqlığına yeridilir. Qadına yumurtlama və inseminasiya müalicəsini tətbiq edilə bilməsi üçün ən azı bir boru açıq olmalıdır. Hər iki borusu bağlı olan qadınlara ovulyasiya induksiyası və inseminasiya müalicəsi tətbiq edilə bilməz. Bu cür pasiyentlərə süni mayalanma üsulu tövsiyə olunur.
Süni mayalanma (IVF, ICSI)
Süni mayalanma üsulu tibbdə ən çox hər iki borusu tıxanmış olan qadınlarda istifadə üçün kəşf edilib. Süni mayalanma mərkəzində laboratoriya şəraitində sperma və yumurta nümunələri alınır və birləşdirilərək mayalandırılır. Döllənmiş yumurta 3-5 gün ərzində inkişaf edir. Daha sonra embrion qadının uşaqlığına yerləşdirilir. Bu müalicə üsulu sperma sayı çox az olan, eləcə də cinsi infeksiyalar, varikosell, azosperm, eləcə də impotensiyası olan ata namizədlərində və yumurtlama defektinin müalicəsindən sonra hamilə qala bilməyən qadınlarda tətbiq olunur.
Əməliyyatla müalicə
Uşaqlıq borularının xəstəliyi sonsuzluğa səbəb olarsa, boruları bərpa etmək və ya uşaqlıq borularının keçiriciliyini bərpa etmək üçün cərrahiyyə üsulundan istifadə edilə bilər.
Uşaqlıq boruları üzərində aparılan bu əməliyyatlar eyni zamanda uşaqlıqdan kənar baş verən ektopik hamiləlik (ektopik hamiləlik) riskini artırır. Ektopik hamiləliklər eyni zamanda da “boru hamiləlikləri” adlandırılır, çünki əksər hallarda uşaqlıq borusunda rast gəlinir. Cərrahi əməliyyat doğma qabiliyyətinə təsir edə biləcək uşaqlıq miomlarını, polipləri və ya yara izlərini yox etmək üçün də istifadə edilə bilər.
Süni mayalanma
Kişi azosoermində, sonsuzluğunda, qadında müalicəyə tabe olmayan və ya səbəbi bilinməyən sonsuzluqda, yumurtalıqların olmaması, yumurta rezervinin az olması, hər hansı irsi xəstəlikdən sığortalanma, 35 yaş və yuxarı hallarda müasir ginekologiya süni mayalanmanı tövsiyə edir.
Bundan əlavə suni mayalanmaya göstərişlər aşağıdakılardır:
- donor və ya kişinin sperması ilə uşaqlıqdaxili inseminasiya üsulu (KSSI, DSSI);
- ekstrakorporal mayalanma üsulu (EKM);
- yumurtahüceyrə daxilinə spermatozoidin hüceyrədaxili inyeksiyası (ICSI, IMSI üsulları);
- donor yumurta hüceyrəsi və ya donor embrionundan istifadə;
Kişilərdə Sonsuzluq
Kişiyə bağlı olan sonsuzluğun bir çox fərqli səbəbləri ola bilər. Genetik problemlər, doğum zamanı yaranan anormallıqlar, hormonal səbəblər, kimyəvi faktorlar, iltihaba bağlı xəstəliklər, varikosel və cərrahi əməliyyatlar sonsuzluq səbəblərinin önündə gəlir.
Siqaret və spirtli içki qəbulu, əzələ inkişaf etdirən dərmanlar, çox isti şəraitdə və ya kimyəvi maddəyə məruz qalınan iş şərtləri və artıq çəki də sonsuzluğa səbəb ola bilər.
Kişilərdə Sonsuzluğun Müalicəsi
Dərmanla müalicə spermin hərəkətliliyi və ya sayı azdırsa dərman müalicəsi ilə bunun artırılması təmin edilə bilər.
Tez-tez rast gəlinən varikosel xayada olan damarların öz funksiyasını tam olaraq yerinə yetirməməsindən səbəblənir. Bu zaman varikosel əməliyyatı həyata keçirilir. Mikro cərrahi üsul ilə edilən cərrahi müdaxilədə müvəffəqiyyət şansı yüksəkdir, təkrarlanma və fəsad riski çox aşağıdır.
Azospermiya (sperm faizi sıfır) müalicəsi
Azospermiya sperm testi nümunəsində heç sperm tapılmaması halıdır. Bu halda cərrahi əməliyyatla sperm əldə edilir. Tıxanıqlığa bağlı olan azospermiya müəyyən edilmişsə kanallardakı tıxanıqlıq cərrahi yolla açılaraq spermin çölə çıxması təmin edilir. Kanalların açılmasından sonra təbii yolla hamiləlik olması gözlənilir. Tıxanıqlığa bağlı olmayan azospermiya halında isə cərrahi əməlliyyatla sperm xayalardan və ya toplayıcı kanallardan toplanır.
Kişi və qadın sonsuzluğunun əməliyyatsız və dərmansız müalicəsi Kök hüceyrə metodikası
Artıq Türkiyədə bir neçə ildir kök hüceyrə metodikası sonsuzluq problemində də müasir çözüm kimi tətbiq edilir.
Azərbaycanda 2 ildir fəaliyyət göstərən Regenerativ tibb – kök hüceyrə mərkəzi və laboratoriyası artıq övlad həsrətində olan ailələrə də yeni, müasir kök hüceyrə terapiyasını təklif edir.
Hansı sonsuzluq hallarında kök hüceyrə olunur:
Qadınlarda:
– yumurtahüceyrənin yetişməməsi, ovulyasiya pozulması
– yumurtalıqların qocalması, rezervinin azalması
– Yumurtalıqların işinin pozulması
– Süni mayalanma zamanı keyfiyyəti və normal sayda follikulun yetişməməsi
– Süni mayalanmada bir neçə cəhddə uğursuzluq
– Erkən menopauzanın qarşısının alınması, yumurtalıqların fəaliyyətinin uzadılması
– Ginekoloji cavanlaşma
Kişilərdə:
- Sperm keyfiyyətinin, sayının, morfologiyasının zəif olması
- Xayalarda problem
- Azospermiya
- Süni mayalanmada uğursuzluqlar
- Kişi cinsiyyət funksiyalarının azalması, impotensiya, cinsi zəiflik
- Kişi cinsiyyət üzvü və funksiyalarının cavanlaşdırılması
Kök hüceyrə 6 ay -1 il ərzində təbii yolla hamilə qala bilməyən, eləcə də bir neçə dəfə süni mayalanmada uğursuzluğu olan sonsuz cütlüklərə göstərişdir.
Kök hüceyrə reproduktiv sistemi hüceyrə səviyyəsində yeniləyir, aktivləşdirir, cavanlaşdırır.
Bununla da süni mayalanma üçün daha aktiv və effektiv material toplana bilir.
Məlumdur ki, ana bətnində də dölün inkişafında da kök hüceyrələr mühüm yer tutur. Bu hüceyrələr embrionik kök hüceyrələr adlanır.
Kök hüceyrə necə aparılır?
Proses əməliyyatxanada aparılır, xəstəyə sedasiya verilir. Kiçik bir liposaksiya metodu ilə qarın yağlarından yağ hüceyrələri alınır. Onlar xüsusi laboratoriyada xüsusi filtrdə kök hüceyrəyə ayrılır.
Kök hüceyrə həkim ginekoloq tərəfindən qadınlara vaginal üsulla uşaqlıq yolundan keçməklə nazik iynə ilə birbaşa yumurtalıqlara yeridilir.
Kişilərdə isə androloq həkim tərəfindən prostatdan keçilməklə toxum kisəsinə köçürülür.
Xəstə həmin gün evə yazılır, 3 gün yataq rejiminə əməl etdikdən sonra işinə, həyatına dönür.
Kök hüceyrələr isə 6-8 bərpa prosesinə başlayır.
Kök hüceyrə bədəndən necə alınır?
Kök hüceyrələr sümük iliyindən, qulaq arxasından, yağdan və döldən alına bilir. Bizim aldığımız kök hüceyrə yağdandır. Çünki yağdan alınan biomaterial kök hüceyrə ilə daha zəngindir.
Qarın nahiyəsindən alınan yağlar Kök Hüceyrə mərkəzinin laboratoriyasında kök hüceyrələrə ayrılır. Bunun üçün ferment qatılır, yuyulur, təmizlənir və saf şəklində hüceyrə ayrıldıqdan sonra xəstəyə tətbiq edilir.
Kök hüceyrə metodunun əsas üstünlükləri:
- Xəstədən bir dəfə kök hüceyrə alınır və bir dəfə də tətbiq edilir. Prosedur mərkəzdə əməliyyatxana şəraitində həyata keçirilir
- Xəstəyə ümumi narkoz verilmir
- Cəmi 3-4 saat vaxt alır
- Tam ağrısızdır
- Xəstə klinikada qalmır, dərhal evə yazılır
- Yaxşılaşma 1 ay ərzində başlayıb, 6 aya kimi nəticəsini tam göstərir
- Sonsuzluqdan əziyyət çəkən insanları əlavə çoxsaylı müayinə, müalicə, dərman qəbulundan, əlavə xərclərdən xilas edir, vaxta qənaət edir. Uzun müddətli sonsuzluqla mübarizə aparır.
SVF kök hüceyrə transfer olunan xəstələrə azı 1 ay spirtli içki içmək, siqaret çəkmək və ağrı kəsicilərdən, xüsusilə QSİƏP-ların istifadəsi məsləhət görülmür. Bu vərdişlərin kök hüceyrələrin çoxalmasına, yenilənməsinə mənfi təsir göstərdiyi qeyd edilir.