Yanıqlar – növləri, müalicəsi – Kök hüceyrə ilə dərinin bərpası

May 9, 2021Kök hüceyrə, yanıq izləri

Yanıqlar dərəcəsindən asılı olaraq gündəlik həyatda çox insanın ömründə heç olmasa bir dəfə rast gəldiyi travmadır. Bu zaman dəri və toxumaların həddən artıq qızması nəticəsində toxumalar zədələnir.

Yanıq nədir, dəriyə necə təsir edir?

Yanıq – orqanizmin dəri və toxumalarının qaynar maye və ya qaynar əşyalarla, elektrik cihazlarla, isti buxar, kimyəvi maddələrlə təmas və həmçinin digər səbəblər nəticəsində zədlələnməsidir.

İnsan dərisinin istiyə  dözümlülük həddi 50 dərəcəyə yaxındır. 52 dərəcədən yuxarı  zamanı zülalların koaqulyasiyası geridönməz vəziyyətə düşür. 52 dərəcə temperatur 3 dəqiqə ərzində dəridə nekroz əmələ gətirir. Leykosit və osteoblastlar 44-46 dərəcədə ölür. 42 dərəcədə termiki istilik 6 saat dəriyə təsir etsə dəri nekrozlaşır. Əgər dəri və toxumalar 58 dərəcədən aşağı istilikdə qızarsa yaş, 65 dərəcədən yuxarı istiliyə məruz qalarsa quru nekroz baş verir.

Yanıqların növləri:

Yanıqların ən çox rast gələn növü termiki yanıqlardır.Yüksək hərarətin (alov,isti buxar,qaynar su və digər mayelər,qızmış müxtəlif əşyalar və s.)  bilavasitə insan bədəninə təsiri nəticəsində termiki yanıq əmələ gəlir.

  • Kimyəvi – müxtəlif maddələr səbəbi ilə yaranır. Ev şəraitində bu tip yanıqlar, turşuların və qələvilərin təsirindən yaranır: yuyucu vasitələr və ya sirkə turşusu ola bilər.
  • Elektrik – məişət texnikası ilə düzgün işləmədikdə, elektrik naqillərinə və ya təmasda olan kontaktlara toxunan zaman “qısa qapanma” olduqda dəridə, yumşaq toxumalarda və orqanlarda yaranır. 
  • Şüalanma – ən çox ultrabənövşəyi şüalara uzun müddət və sıx məruz qalma səbəbindən baş verir. Məsələn, UV indeksinin yüksək olduğu saatlarda bağda yanan günəş altında işləmək və ya oturub dincəlmək günəş yanmasına səbəb ola bilər. Şüalanmanın bir başqa daha təhlükəli mənbəyi – ionlaşdırıcı şüalanma ilə yaranan radiasiya yanıqları.
  • Qarışıq – bir neçə zərər verən amillərin təsiri altında əmələ gəlir.

Yanıqların dərəcələri:

Zədələnmənin dərinliyə nüfuz etməsinə görə, yanıqların 4 dərəcəsi ayırd edilir. 

I dərəcə – epidermisdə gedən dəyişikliklər cüzidir, 10 günə çapıq izi qoymadan sağalır.

II dərəcəli – yalnız epidermis zədələnir, dəridə suluqlar əmələ gəlir. Yaralar 14 günə çapıqsız sağalır.

III dərəcə – dərinin üst qatı nekrozlaşır, 6 həftə ərzində sağama çapıq və ya piqmentasiya-ləkə ilə uzun müddət qalır.

IV dərəcədə – nəinki dəri, altdakı yumşaq toxuma, hətta sümüklər də  yanır, kömürləşir, nekroz və dərin çapıqlar qalır.

Yanıq xəstəliyi 

Yanığın sahəsi böyüklərdə səthi yanıqlarda 20%-i, dərin yanıqlarda isə 10-15%, uşaqlarda isə 5-10%-i keçdikdə termiki xəsarət almış xəstələrdə yanıq xəstəliyi inkişaf edir. Uşaqlarda və ahıllarda 5% dərin yanıq ölümə səbəb ola bilər.

Yanıq xəstəliyinin 4 növü var:

  • Yanıq şoku
  • Kəskin yanıq toksemiyası
  • Septikotoksemiya
  • Rekonvalessensiya

Yanıqların diaqnostikası, müayinəsi

Dərinin yüngül I dərəcəli yanığı zamanı klinikanın terapevtinə müraciət etmək olar. Zədələnmə II dərəcəlidirsə, cərrah və ya təcili yardım həkimi kömək edə bilər.

Kombustioloqlar-III və IV dərəcəli yanıqların müalicəsində iştirak edən həkimlərdir. Onlara “ağır” xəsarət almış, yanıq xəstəliyi və digər ağırlaşmaları olan xəstələr müraciət edirlər. Poliklinikada kombustioloq tapmaq çox çətindir, bir qayda olaraq, bu profilli həkimlər böyük və ya ixtisaslaşdırılmış tibb müəssisələrində işləyirlər.

Yanıqların müalicəsi

Müalicədə 3 əsas məqsəd olmalıdır:

  • Yaranı infeksiyadan qorumaq
  • Narahatlıq və ağrını aradan qaldırmaq
  • Dərinin, toxumanın bərpasını təmin etmək

 I dərəcəli yanıqlar üçün maz və dərmanlardan istifadə edərək ev şəraitində aparmaq olar.

II dərəcəli yanıqların müalicəsində, suluqlar əmələ gələn zaman, aşağıdakı metodlardan istifadə olunur:

Açıq

Açıq üsulla, təmiz havanın daimi axını səbəbiylə yanan dəri təbii şəkildə quruyur və asanlıqla sağalır. Bu metodun mənfi cəhəti- infeksiya riski daha yüksəkdir. Bağlı – sarğı

Qapalı üsülla, yanıq yerinə, məsələn, suluqların müalicəsində, nəmi çəkən steril sarğıları sağaldıcı vasitə ilə istifadə edilir. Onlar yaralardan ayrılan mayeni özünə çəkir, ikinci dərəcəli xəsarət və infeksiyalardan qoruyurlar. Sarğını mütəmadi olaraq dəyişdirmək lazımdır. Bədənin hərəkətli hissəsindəki və ya paltarla təmasda olan dəri zədələnirsə, yanıqları müalicə etmək üçün qapalı üsul tez-tez istifadə olunur. Qapalı üsülun mənfi cəhəti-mümkün ağrılı keçən sarğı prosesi və nisbətən böyük bir material istehlakı.

Qarışıq

Açıq və qapalı üsülları eyni vaxtda, müalicə müddəti ərzində ardıcılıqla istifadə etmək olar. Xəsarət alan istirahət edə biləcəyi zaman açıq üsul seçilir və yanıq yarası mexaniki təsirə məruz qalmayacaq. Sarğı isə yaranı infeksiya və həddindən artıq qıcıqlanmadan qoruyacaq, məsələn, insanın aktiv şəkildə hərəkət etməsi lazəmdırsa.

Yanıq zamanı fəsad olaraq ortaya çıxa biləcək iltihabı müalicə etmək üçün bəzən antibakterial dərmanlar və yanmış dəri sahəsinə əlavə müalicə təyin olunur.

Əməliyyat və plastik cərrahiyyə 

Həkim tərəfindən və klinik şəraitdə ölü toxumalar cərrahi təmizlənməli,dəri defektı olan sahələrə dəri köçürülməlidir. Sağalma 2-3 həftə içərisində tamamlanır.

Yanıq xəstələrinin çoxunda bir neçə əməliyyat ehtiyacı ola bilər. Bəzən yanmış əllərdə aylar və illər keçdikcə kontrakturlarin inkişafı və bu kontraktürlerin ləğvı üçün əməliyyatlar icra oluna bilər.

Üzdə yanıq izlərinin cərrahi əməliyyatla estetik bərpası ancaq dəri köçürülməsi ilə mümkündür. Bu da çox ağrılı, bahalı və çətin prosesdir.

Yanıq izlərinin kök hüceyrə ilə müalicəsi

Artıq Avropa və Türkiyədə kök hüceyrə ilə zənginləşdirilmiş yağ köçürülməsi ilə yanıq izlərinin müalicəsi aparılır və çox gözəl effektiv nəticələr alınır. Həyatdan ümidini üzmüş bir çox xəstə, xüsusən qadınlar bu metodla sağalıb, yeni dəri, görkəm əldə ediblər.

II, III hətta IV dərəcəli yaniqlardan qalan izlər, dəri problemi, ləkələr zamanı dərini bərpa etməyin ən müasir, tam effektiv metod həmin nahiyəyə insanın özündən alınmış kök hüceyrələri ilə zənginləşdirilmiş piy toxuması yeridilir.

Yağ  toxuması metodu sadəcə dərinin  səthi deyil, alt qatda da itirilən həcmlərin dolması, dərinin yuxarı qalxıb tarımlanmasını, hamarlaşmasını təmin edir.

Yanıq izlərinin kök hüceyrə ilə bərpası
Yanıq izlərinin kök hüceyrə ilə bərpası

Kimlərə tətbiq oluna bilər?

Yeniyetmələrdən yaşlılara kimi hər kəsə uyğundur. İsti su, buxar, od, yanıq, elektrik, kimyəvi maddələrdən, şüa, radioterapiya zamanı yaranan yanıqlar üzərində edilə bilər.

Kök hüceyrə nədir?

İnsan orqanizmi, orqan və toxumaları hüceyrələrdən təşkil olmuşdur. Bəzi hüceyrələr özünü yeniləyə, başqa hüceyrələrə çevrilə bilirlər. Kök hüceyrələr adlanan bu hüceyrələr bölünərək arta bilir. Bir hüceyrədən yüz minlərlə, hətta milyonlarla hüceyrələr əmələ gəlir, kök hüceyrələr özlərini yeniləmək üçün çoxalırlar.

Kök hüceyrələr tam differensasiya olmamış hüceyrələr olub digər toxumalara çevrilə bilir. Yaş artdıqca bədənizmizdə olan qan hüceyrələrin miqdarı azalır. Məsələn, yeni doğan bir körpədə hər 10 min hüceyrədən biri kök hüceyrəsidirsə, 65 yaşında birində 1mln hüceyrədən yalnız biri kök hüceyrədir.

Yaş artması ilə azalan kök hüceyrələr nəticəsində zədələnən orqan, toxumalar kifayət qədər bərpa oluna bilmir. Buna görə də kök hüceyrə müalicəsi müxtəlif xəstəliklərin müalicəsində, zədələnmiş toxumanın bərpasında geniş istifadə edilir. Kök hüceyrə müalicəsi plastik cərrahiyyədə də geniş istifadə edilir.

Kök hüceyrələr orqanizmin bütün hüceyrələrinə çevrilə bilən ANA hüceyrələr bədənimizin hər nahiyəsində var. Beləliklə, zədələnən, xəstələnən bütün toxuma və orqanın bərpasında, sağalmasında rol oynayır. 

Kök hüceyrə bədəndən necə alınır?

Kök hüceyrələr sümük iliyindən, qulaq arxasından, yağdan və döldən alına bilir. Bizim aldığımız kök hüceyrə yağdandır. Çünki yağdan alınan kök hüceyrə daha zəngindir. Xəstəyə 5-10 dəqiqəlik yuxu verilir. Daha çox qarın nahiyəsindən alınan yağlar Kök Hüceyrə mərkəzinin laboratoriyasında kök hüceyrələrə ayrılır. Bunun üçün ferment qatılır, yuyulur, təmizlənir və saf şəklində hüceyrə ayrıldıqdan sonra xəstəyə tətbiq edilir.

Əsas üstünlükləri:

  • Xəstədən bir dəfə kök hüceyrə alınır və bir dəfə də tətbiq edilir. Prosedur mərkəzdə əməliyyatxana şəraitində həyata keçirilir
  • Xəstəyə ümumi narkoz verilmir
  • Cəmi 3-4 saat vaxt alır
  • Xəstə klinikada qalmır, dərhal evə yazılır
  • Yaxşılaşma 1 ay ərzində başlayıb, 6 aya kimi nəticəsini tam göstərir

Kök hüceyrə köçürülməsindən sonra xəstələrin reabilitasiya dövrü:

  • Dərinin geniş sahəli yanıqlarında kök hüceryə müalicəsindən sonra 24 saat yataq rejimi məsləhət görülür. Təcrübələr göstərir ki 48 saat ərzində köçürülən hüceyrələr  yerini tutur.
  • SVF kök hüceyrə transfer olunan xəstələrə azı 1 ay spirtli içki içmək, siqaret çəkmək və ağrı kəsicilərdən, xüsusilə QSİƏP-ların istifadəsi məsləhət görülmür. Bu vərdişlərin kök hüceyrələrin çoxalmasına, yenilənməsinə mənfi təsir göstərdiyi qeyd edilir. Paientlərimiz 6 ay ərzində müxtəlif əlaqə vasitələri ilə bizimlə sıx əlaqədə olurlar. Bununla da müalicənin gedişini izləyə bilirik, bu dövrü rahat keçirtmələrinə yardımçı ola bilirik.
  • Bədən və üz yanıqlarında kök hüceyrə köçürülməsindən sonrakı 3 -4 gündə həmin hissəni sabun, müxtəlif gellərlə yumaq, sürtmək, isti su, duş altında olmaq, kremlər çəkmək olmaz, yay aylarında isti günəş  şüaları altında gəzmək, çimərlik, hovuz, qaralmaq, sauna 1-2 ay müddətində məsləhət deyil.

Yanıq izlərini travma alınandan sonrakı qısa müddət ərzində çapıqlar dərinləşmədən müraciət etdikdə, daha tez və tam normal hala gətirmək mümkündür.

Artıq əməliyyat olmadan yanıq izlərindən qurtulub, təmiz, daha sağlam görünüşə sahib ola bilərsiniz.